“Qarabağ gecəsi” xeyriyyə konserti bu dəfə Gəncədə keçiriləcək
Sosial həyat

“Qarabağ gecəsi” xeyriyyə konserti bu dəfə Gəncədə keçiriləcək

17 iyun 2023-cü il tarixində Gəncə şəhərində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi, “Veysəloğlu” Şirkətlər Qrupunun baş sponsorluğu ilə “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçiriləcək.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq konsertdə Xalq artistləri Azər Zeynalov, Teyyub Aslanov, Simarə İmanova, Əməkdar artistlər Gülüstan Əliyeva, Almaz Orucova, Aybəniz Haşımova, Nuriyyə Hüseynova, Sevinc Sarıyeva, solistlər Vəfa Vəzirova, Taleh Yəhyayev, Fəxri Kazım-Nicat, Cəlal Kərimov, Nurlana Abdullayeva, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, eləcə də “Sənət Akademiyası”nın tələbələri çıxış edəcəklər.

Konsertdən əldə ediləcək vəsait Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.

Xatırladaq ki, “Qarabağ gecəsi” adlı xeyriyyə konserti ilk dəfə olaraq 26 iyun 2022-ci il tarixində Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunub.

“Respublika”.