“Qarabağ ilmələrdə”
Mədəniyyət

“Qarabağ ilmələrdə”

 “Qarabağ ilmələrdə” adlı sosial layihə Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təşəbbüsü, Mədəniyyət Nazirliyi, “Azərxalça” və “Təmiz Şəhər”in dəstəyi ilə həyata keçirilir.

Şanlı qələbəmizi, zəfərimizi əlvan naxışlarla əks etdirən Qarabağ xalçasını daşıyan səyyar avtomobil bu günlərdə Lənkəran şəhərinə gəlib. Heydər Əliyev Mərkəzinin qarşısında onu rayonun mədəniyyət işçiləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsinin qaziləri, şəhər sakinləri qarşılayıb. Həvəskar  xalçaçılar maşında quraşdırılan dəzgahda Zəfər xalçasına ilmələr vurublar.

Səyyar avtomobil respublikamızın digər bölgələrində də olacaq və xalça ilmə-ilmə toxunulacaq. Böyük qələbəmizi özündə əks etdirən, birlik və bərabərlik rəmzi olan xalça hazır olandan sonra ölkəmizin mədəniyyət paytaxtı Şuşada ictimaiyyətə təqdim olunacaq.

Əlisəfa HƏSƏNOV, 

 “Respublika”.