Qarabağ: qələbənin və quruculuğun məkanı
Region

Qarabağ: qələbənin və quruculuğun məkanı

Vətən müharibəsi tarixi qələbə ilə başa çatıb. Uzun illər işğal altında qalan torpaqlar azad edilib. Qələbə heç də asan başa gəlməyib. Şəhidlərin  və qazilərin  qanı tökülən torpaqlarımız  düşməndən “Dəmir Yumruq” hesabına alınıb. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın qəhrəman oğullarının fədakarlığı sayəsində  30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi nəticəsində insanların inamı öz təsdiqini tapıb, ümidləri doğrulub.

Qalib ölkə Azərbaycan bölgədə sülhün, sabitliyin, tolerantlığın, demokratiyanın  dayağıdır. Bu gün Azərbaycan öz təhlükəsizliyinin təmin olunması üçün qətiyyətli və ciddi addımlar atır. Prezident İlham Əliyev həmişə xalqa müraciətində deyib: Azərbaycan heç vaxt öz əzəli torpağında ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək, Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaqdır. Prezidentin bu qətiyyətli mövqeyi bu gün xalqımıza qələbə sevinci yaşadır.

Heç şübhəsiz ki, bu şanlı qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Qalib Ali Baş Komandan həm döyüş meydanında, həm də danışıqlar masası arxasında bu tarixi qələbəyə nail olub. Ordumuzun qəhrəman döyüşçüləri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, Hadrut qəsəbəsini, Xocavənd rayonunun bəzi ərazilərini, eyni zamanda 300-dən artıq kəndi hərbi güc hesabına azad ediblər.

Döyüşlərin ən qızğın çağında Azərbaycan Prezidenti İlham Əliyevin 4 saat 12 dəqiqə ərzində 35 media təmsilçisinin 50 sualına mükəmməl cavablar verməsi xarici jurnalistləri də heyrətə saldı. Britaniyalı Tattersalın “mən 25 ildir jurnalistika ilə məşğulam, amma hər hansı prezidentin dörd dildə bu cür mətbuat konfransını aparmasının şahidi olmamışam” etirafı tarixi qələbənin müəllifinin fədakar fəaliyyətinə verilən ən yaxşı qiymət kimi dəyərləndirmək olar.

Qalib ölkənin rəhbəri  sualları cavablandırarkən həm dosta, həm düşmənə sözünü dedi, Azərbaycan dövlətinin prinsipial mövqeyini bir daha dünyaya çatdırdı, ölkəmizin bayrağına, konstitusiyasına hörmət edən hər kəsə bu məmləkətdə normal yaşamaq imkanının tanındığını bəyan edərək Qarabağ ermənilərinə bir daha şans vermiş oldu. Prezident həm də vətəndaşlarımızın Qarabağ məsələsilə bağlı olan-qalan suallarını cavablandıraraq  bəzi narahatlıqlara  son qoyub. Xatırladıb ki, status məsələsi “cəhənnəmə gedib”, tarixən “arsax dövləti” olmayıb, yoxdur və olmayacaq!

Azərbaycan indi bölgədə sülh və sabitliyin təminatçısı, həm də qalib  ölkə  kimi  tanınır, söz sahibinə çevrilir, diplomatiyada  uğurlarını get -gedə artırır. Bu vacib  amil yalnız Azərbaycan Prezidenti İlham Əliyevin  siyasi bacarığı, səmimi münasibəti, dostluğu, qətiyyətli mövqeyi, ən əsası isə dövlətinə  və xalqına sonsuz məhəbbəti ilə ərsəyə gəlib.

Bölgədəki rus sülhməramlılarının kölgəsində gizlənən separatçıların tör- töküntüləri indi “Dağlıq Qarabağın müstəqilliyindən” danışır, revanşist fikirlər yayır, “bəlkə də qaytardılar” xülyası ilə Qarabağ ermənilərini daim təhdid altında saxlamağa çalışırlar. Yaxşı bir məsəl var, sirkə nə qədər tünd olsa, öz qabını çatladacaq. Neyləyək ki, səhv yazılmış saxta tarix bizi belə xəstə və mənfur qonşu ilə yaşamağa məcbur edib. Torpağımızda, evimizdə, süfrəmizin başında onlara yer verdik, ancaq ermənilər türklərə qarşı düşmənçiliyi heç zaman unutmadılar və  bizə həmişə kürəyimizdən qəflətən zərbə vurdular.

Zənnimcə, erməniliyi, daşnakları, “miatsum”çuları yalnız və yalnız güc müalicə edə bilər və 44 günlük müharibə bunu bir daha göstərdi.

Özünü dünyaya məzlum xalq kimi təqdim etməyə vərdiş edən ermənilər əslində yırtıcı və vəhşi bir toplumdur. Unutmaq lazım deyil ki, qarşımızdakı düşmən çox məkrli, bic, yaltaq, ikiüzlü və həm də çox hiyləgərdir. Onların dilində, dinində, kilsəsində, mənəviyyatında, əxlaqında, davranışında sülh sözü yoxdur. Ermənilər uzun illər boyu anlamaq istəmirlər ki, başqasının torpağını zəbt ediblər, 1992-93-cü illərdə havadarlarının köməyinə arxalanaraq bir milyona yaxın azərbaycanlını dədə-baba torpaqlarından didərgin salıblar, yüzlərlə dinc insanı, qocanı, körpəni, qadını qətlə yetiriblər.

Xəstə, şovinist təxəyyülün daşıyıcıları olan ermənilər uşaqlı-böyüklü, qocalı-cavanlı, diasporlu, lobbili işğal etdikləri Azərbaycan torpaqlarında  ikinci erməni dövləti qurmaq üçün dəridən, qabıqdan çıxıblar. Onların həyasız iddialarının sərhədi yoxdur, indi həmin xəstələri torpaqlarımızdan qovan qüdrətli Azərbaycan ordusu düşmənə layiq olduğu yeri göstərib.

Qalib ölkə Azərbaycan bu gün sürətlə inkişaf edir, Qarabağda çox böyük infrastruktur layihələr həyata keçirilir. Vətən müharibəsindən 10 ay sonra Bakıdan uçan “Azərbaycan Hava Yolları”na məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi sentyabrın 5-də sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında enib.

Bundan əlavə, Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli hava gəmisi də Füzuli hava limanına eniş icra edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb. Bir sözlə, Qarabağın səma qapısı uzun illərdən sonra açılıb. Qürurverici bir hadisənin şahidi olduq.

Füzuli Beynəlxalq Hava Limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Uçuş-enmə zolağı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) bütün tələblərinə uyğun olaraq uçuşların təhlükəsizliyini təmin etmək üçün instrumental enmə və naviqasiya sistemləri, işıq, texniki, ilkin və ikinci radiolakasiya sistemləri ilə tam təchiz olunub. Bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verəcəkdir. Həmçinin, Füzuli Beynəlxalq Hava Limanını “Zəfər yolu” və Şuşa şəhərinə aparan magistral yol ilə birləşdirən avtomobil yolunun tikintisi də davam etdirilir.

Kəlbəcərdə, Ağdamda, Cəbrayılda, Zəngilanda, Qubadlıda və Laçında ermənilərin törətdikləri xarabalığın yerində çox böyük və genişmiqyaslı işlər həyata keçirilir. Məğlub Ermənistan isə küncə sıxılmış vəziyyətdə qalıb, işğalçının aqibəti də məhz belə olur.

Salman ALIOĞLU,

“Respublika”.