Qarabağa həyat yenidən qayıdır
Siyasət

Qarabağa həyat yenidən qayıdır

"Artıq Vaqifin məqbərəsində işlərə start verilib. Layihəyə baxmışam. Tarixi bərpa edirik. Layihəni Heydər Əliyev Fondu öz vəsaiti hesabına, fonda məxsus zövqlə Mehriban xanımın rəhbərliyi ilə icra edəcək".

Bu sözləri Prezident İlham Əliyev 2021-ci ildə Şuşa şəhərinə səfəri zamanı bildirib.

Ölkə başçımızın bu sözlərindən sonra artıq Qarabağda sözün əsl mənasında, həyat yenidən canlanıb. Görülən işlər, aparılan islahatlar bu gün özünü büruzə verir. Doğma torpaqlarımızın yenidən canlanması uzunmüddətli, lakin şərəfli bir yoldur. Ölkə başçımız üçün Qarabağdakı əhalinin hüquqlarını qorumaq ərazi bütövlüyünü təmin etmək hər zaman taleyüklü məsələlərdən biri olub. Qarabağ bölgəsində həyata keçirilən bərpa-quruculuq işləri aparıcı biznes dairəsi ilə birgə əməkdaşlığa, dövlət-özəl tərəfdaşlığının, habelə regionda sabitliyin inkişafın qorunmasına mühüm zəmin yaradır. Bu baxımdan, indiyə qədər bir sıra tədbir sərgilər, həmçinin xarici şirkətlərlə iclaslar keçirilib. Əsas məqsəd isə əməkdaşlıq etdiyimiz ölkələrlə münasibətlərin qurulması əlaqələrin güclənməsidir. Bu çərçivədə Avstriyanın "Partner Consulting+Projects" şirkəti tərəfindən Ağdam Cümə məscidi, Qiyaslı məscidi, Pənahəli xanın Ağdamdakı "İmarət" kompleksində saray türbələrin bərpa konservasiyası işləri davam edir. Bununla yanaşı, bir çox şirkətlər Qarabağ bölgəsində gedən işlərlə tanış olub yaxından iştirak edir. Keçirilən mötəbər sərgilərdən 2022-ci il oktyabrın 19-da keçirilmiş Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma İnkişafı" - "Rebuild Karabakh" 27-ci Azərbaycan Beynəlxalq İnşaat sərgilərini nümunə göstərmək olar. Sərgi bir sıra şirkətlərin, vəzifəli şəxslərin, həmçinin ölkə başçımızın iştiraki ilə baş tutub. Sərgi çərçivəsində Prezident İlham Əliyev qabaqcıl biznes subyektlərini yaranmış fürsətdən faydalanaraq, ərazilərimizin bərpasına dəstək olan bütün səylərini yaradıcı ideyalarını bir araya gətirməyə dəvət edib. Həmçinin ölkə başçımız çıxışı zamanı bölgədə gedən işlər, həmyerlilərimizin tez bir zamanda öz doğma dədə-baba torpaqlarına qayıtması ilə bağlı məlumat da verib: "Azərbaycan bütün gücünü bu ali məqsədin uğurla reallaşdırılmasına yönəldibdir. İşğaldan azad olunmuş ərazilərdə təhlükəsiz yaşayışın təmini, şəhər, qəsəbə kəndlərin tikintisi, strateji əhəmiyyətli əhatəli infrastrukturun qurulması, yerli xarici dəyər zəncirlərinə inteqrasiya, habelə ətraf mühitin bərpası istiqamətində qabaqcıl nümunələr yaradılır. Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması isə regionu mühüm nəqliyyat-ticarət qovşağına çevirəcək. Bir sözlə, işğaldan azad edilmiş ərazilər sürətli şəkildə bərpa olunur, Böyük Qayıdışla bağlı hədəflərimiz uğurla reallaşdırılır".

Ölkə başçımız şübhəsiz ki, Qarabağın yenidən qurulması, dirçəlməsi ilə bağlı öz töhfələrini verir buna davam edəcək. Elə görülən işlər bunu deməyə əsas verir. Yeni sağlamlıq mərkəzləri, təhsil ocaqları, sosial təminat mərkəzləri inşa edilir. Görülən işlərlə Prezident İlham Əliyev çox yaxından maraqlanır nəzarət edir. Təkcə 2021-ci ildə Qarabağ bölgəsinə ölkə başçımızın 32 səfəri olub. Bu isə bütün səfərlərində "Qarabağda cənnət yaradacağıq" vədi ilə əməlin bir olmasının göstəricisidir. Şübhəsiz ki, ölkə başçımız bu günə qədər verdiyi bütün vədləri, sözləri yerinə yetirib. İlk gündən yenidənqurma məsələsi prioritet olub. Şuşa şəhərindəki "Qarabağ" hoteli, Bülbülün ev-muzeyi büstü, Molla Pənah Vaqifin məqbərəsi, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ev-muzeyləri açılıb, heykəlləri qoyulub. Həmçinin "Xarı bülbül" hoteli istifadəyə verilib, yeni hotel muzey mərkəzlərinin təməli qoyulub. Bununla yanaşı, Zəfər yolunun tikintisi başa çatıb, 15 fərqli layihə üzrə 1400 kilometrdən artıq uzunluqda yolların, habelə telekommunikasiya şəbəkələrinin qurulması rabitə xidmətlərinin təşkili üzrə işlər sürətlə davam edir. Hazırda Qarabağ iqtisadi rayonunda ümumi uzunluğu 513 km olan 10 avtomobil yolu layihəsi həyata keçirilir. Bununla yanaşı, həmin bölgədə 157,5 km uzunluğunda iki dəmiryolu layihəsi reallaşdırılır. Həmçinin Bərdə-Ağdam, bununla yanaşı, Horadiz-Ağbənd dəmir yolu layihələrinin tikintisinə başlanılıb. Rayon ərazisində 35 110 kVt-luq 7 yarımstansiya, 5 su anbarı inşa edilib, hansı ki, həmin anbarlardan iki magistral su kanalı çıxır.

Beynəlxalq arenada Azərbaycanın öz gücünü ortaya qoymasının digər bir nümunəsi 8 ay ərzində mina ilə çirklənmiş ərazinin təmizlənməsi beynəlxalq standartlara uyğun Zəngilan Füzuli hava limanlarının inşa edilməsi oldu. Hazırda Qarabağ bölgəsinə turlar, səfərlər təşkil olunur gediş-gəliş bərpa edilib. Görülən işlərin nəticəsidir ki, artıq bir çox kəndlərə həmyerlilərimiz köçürülüb imkanları ilə təmin edilib. Qurulan kəndlər yeni infrastruktur əsasında, ən son texnologiyalarla inşa edilib. Buna görə həmin bölgələrdə "Yaşıl enerji" zonasının tətbiq edilməsinə dair konsepsiya hazırlanıb. 2021-ci il fevralın 2- ölkə başçımız "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə dair Sərəncam imzalayıb. Müqaviləyə əsasən, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair Milli Prioritetlər reallaşdırılmalıdır. Bura əsasən dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış, təmiz ətraf mühit "yaşıl artım" ölkəsi prioritetlərə daxildir. Həmçinin bölgədə, əsasən Şuşa Ağdam bölgələrində mina təmizləmə prosesləri sürətlə davam edir. Qarabağın bərpası uzunmüddətli bir prosesdir Azərbaycan hökuməti bu yolda əmin addımlarla irəliləməyə davam edir.

Töhfə SƏMƏDOVA,

"Respublika".