Qarşılıqlı maraqlara söykənən əlaqələr
Siyasət

Qarşılıqlı maraqlara söykənən əlaqələr

İsrail Azərbaycan arasındakı əlaqələr 1992-ci ildən etibarən yüksələn xətlə inkişaf edir. Azərbaycan-İsrail əlaqələri xalqlarımız arasında tarixən mövcud olmuş sıx dostluq qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Azərbaycan 1991-ci il oktyabrın 18- müstəqilliyini bərpa etmiş, ilk olaraq Türkiyə, sonra isə İsrail dövlət müstəqilliyimizi rəsmən tanımışdır. 2017-ci ildə iki dövlət arasındakı əlaqələrin qurulmasının 25-ci ildönümü qeyd olunmuşdur. Uzun əsrlərdən bəri ölkəmizdə mehribanlıq, əmin-amanlıq şəraitində yaşayan yəhudi icması həm İsraildə, həm dünyanın digər ölkələrində məskunlaşmış yəhudi əsilli həmvətənlərimiz dövlətlərarası münasibətlərin möhkəmlənməsinə öz töhfələrini vermişlər.

İkitərəfli münasibətlərin inkişafı özünü yalnız ticarət əlaqələrində deyil, bir sıra siyasi məsələlərin həllində göstərmişdir.

2020-ci il sentyabrın 27- başlayan 44 günlük Vətən müharibəsində "Dəmir yumruq" əməliyyatının nəticəsində Azərbaycan Silahlı Qüvvələri yeni tarix yazdı. İkinci Qarabağ müharibəsi 10 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış üçtərəfli Bəyanatla başa çatmışdır. Həmin Bəyanatın şərtlərində ordumuzun parlaq qələbəsi əks olunmuşdur. İkinci Qarabağ müharibəsində İsrail beynəlxalq arenada ölkəmizə öz siyasi dəstəyini əsirgəməmişdir.

1993- ildə İsrailin Azərbaycanda səfirliyi açılmışdır. Bu il martın 29-da İsraildə Azərbaycan səfirliyinin açılması da qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsini göstərir. Bu gün hər iki ölkə artıq ən çox ehtiyac duyduğu sahələrdə əməkdaşlıq etməklə əsas tərəfdaşa çevrilirlər. Bütün bunlar biznes ticari əlaqələrdə özünü büruzə verir. Azərbaycan-İsrail tərəfdaşlığındakı əsas prioritetlərdən biri məhz təhlükəsizlik məsələsidir. Bu baxımdan, səfirliyimizin İsraildə fəaliyyətə başlaması ikitərəfli əməkdaşlığı daha da şaxələndirəcək. İqtisadi əlaqələrin inkişafının təcəssümü olan daha bir hadisə isə bu il aprelin 19-da Bakıda baş tutan Azərbaycan-İsrail Biznes Forumudur. Forumda iki ölkə arasındakı Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov tərəfindən Azərbaycan İsrail arasında lazımi əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinin işgüzar dairələr arasında yeni əlaqələrin qurulmasının vacibliyi vurğulanıb. Həmçinin iki dövlət arasındakı ikitərəfli dostluq münasibətlərinin, yüksək səviyyəli siyasi əlaqələrin iqtisadi əməkdaşlığın dinamik inkişafına əlverişli şərait yaratdığı da diqqətə çatdırılıb. Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında fəaliyyət göstərən Birgə Komissiya ilə yanaşı, İsrail-Azərbaycan Ticarət Sənaye Palatası da iqtisadi-ticari tərəfdaşlığın inkişafı baxımından əhəmiyyətlidir.

Ölkəmizdə müxtəlif sahələr üzrə çoxsaylı İsrail şirkətləri fəaliyyət göstərir ki, bir sıra vacib layihələr məhz sözügedən şirkətlər tərəfindən həyata keçirilir. Azərbaycan ilə İsrail arasında enerji, ticarət, sənaye, kənd təsərrüfatı, innovasiyalar, infrastruktur, əczaçılıq, turizm digər sahələr üzrə əməkdaşlığın inkişafı üçün geniş potensial mövcuddur. Azərbaycan, həmçinin israilli sahibkarların ölkəmizdəki biznes təşəbbüslərini yüksək qiymətləndirir dəstəkləyir. Dövlət başçımızın bu il aprelin 19-da Bakıda rəsmi səfərdə olan İsrailin xarici işlər naziri Eli Koheni qəbul etməsi buradakı müzakirələr qarşılıqlı əlaqələrin möhkəmliyini bir daha təsdiqləmişdir. Ölkə başçımız Azərbaycanın İsraildə səfirliyinin açılmasını siyasi əlaqələrin yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirmişdir.

Xatırladaq ki, Azərbaycanın uğurlu xarici siyasəti müxtəlif dövlətlərlə, beynəlxalq təşkilatlarla olan səmimi münasibətləri dünyada sülhün qorunmasında ölkəmizin mühüm rol oynadığını təsdiqləyir. Azərbaycan ilə İsrail arasındakı mövcud qarşılıqlı faydalı münasibətlər dünyada regionda sülhün, əmin-amanlığın möhkəmlənməsinə xidmət edir.

Nəzrin ELDARQIZI,

"Respublika".