Qaz təchizatı ilə bağlı tədbirlər
Digər xəbərlər

Qaz təchizatı ilə bağlı tədbirlər

SOCAR "Azəriqaz" İB rəhbərliyinin təşəbbüsü ilə Regional İdarələrin məsul şəxslərinin yerli İcra Hakimiyyətinin başçıları ilə görüşləri keçirilir. Məqsəd sakinlərin qaz təchizatı ilə bağlı üzləşdikləri problemlərin operativ həllinə nail olmaqdan ibarətdir. Bu səbəbdən Zaqatala RQİİ-nin rəisinin regionda yerləşən İcra Hakimiyyətlərinin başçıları ilə görüşləri baş tutub. Bu barədə 5 iyun Socar mətbuat xidmətindən bildirilir.

Həmçinin keçirilən görüşlər zamanı Birlik tərəfindən həyata keçirilən layihələr, təsərrüfatda aparılan islahatlar və təkmilləşdirmə tədbirləri, həmçinin qaz təsərrüfatının mövcud vəziyyəti, yeni yaşayış massivlərinin və kəndlərin qazlaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Şəhid ailələrinin və qazilərin hər zaman diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb.

“Respublika”.