Qazax: görülən tədbirlər aqrar sahəni stimullaşdırır
Region

Qazax: görülən tədbirlər aqrar sahəni stimullaşdırır

Dövlətimizin başçısı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilməkdədir. Respublikanın hər yerində olduğu kimi, Qazax rayonunda da son illərdə kənd təsərrüfatı məhsulunun istehsalında dinamik artım müşahidə olunur. Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Həmid Pənahovla söhbət zamanı bildirdi ki, rayonda 2021-ci ilin məhsulu üçün 2020-ci ilin payızında 10003 hektar, 2021-ci ilin yazında isə 79,5 hektar olmaqla cəmi 10082,5 hektar taxıl səpilmişdir ki, bunun da 5061 hektarı buğda, 4481 hektarı isə arpa sahələri olmuşdur. 2021-ci ilin yazında 1060 hektar kartof, 91 ha vələmir, 454 ha qarğıdalı, 80 ha sorqo(süpürgə), 23 ha noxud, 174 ha lobya, 731 ha təzə yonca, 49 ha günəbaxan, 35 ha bostan, 11 hektar sarımsaq, 23 hektar soğan, 139 hektar xiyar, 234 hektar pomidor, 72 hektar kələm, 45 hektar badımcan, 60,5 hektar bibər, 90 hektar göyərti, 32 hektar qarpız, 3 hektar yemiş olmaqla cəmi 3451 hektar yazlıqlar əkilmişdir.

Ümumi 1393,3 hektar meyvə bağlarından 365,85 hektarı fındıq bağıdır ki, bunun da 275 hektarı məhsuldar bağlardır, üzüm bağları 279 hektar təşkil edir. Rayonda 14 nəfər sahibkar tərəfindən ümumi sahəsi 8,15 hektar olan bir neçə müasir konstruksiyalı istixanada pomidor, xiyar və gül kələmi becərilmişdir.

10082,5 hektar taxıl sahəsində biçin tam başa çatmış, 34636 ton taxıl istehsal olunmuş, məhsuldarlıq 34,35 sentner olmuşdur ki, bu da ötən ildəkindən çoxdur. O cümlədən  4481,5 hektar arpa sahəsindən 13896,2 ton arpa, məhsuldarlıq 31 sentner, 5061 hektar buğda sahəsindən 20739,8 ton buğda, məhsuldarlıq 37 sentner olmuşdur. Biçinə 53 ədəd taxılbiçən kombayn cəlb edilmişdir ki, bunun da 24 ədədi "Aqroservis" ASC-nin ayrı-ayrı rayon şöbələrindən dislokasiya edilmişdir.

Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılmasının yeni qaydaları qəbul edilmişdir. Buna görə də hər bir kənd təsərrüfatı məhsullarının istehsalçıları subsidiya almaları üçün "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”ndə (EKTİS) qeydiyyatdan keçərək öz əkinlərini bəyan edirlər. EKTİS-də 9557 nəfər fermer tərəfindən 23698 əkin bəyanı verilmişdir. Subsidiyanın Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ödənişləri davam etdirilir.

"Aqroservis" ASC-nin Qazax filialı tərəfindən rayonumuzda fəaliyyət göstərən fermerlərə aqrokartlar vasitəsilə ödəniş edilməklə 150 ton gübrə satılmışdır ki, bundan 129,4 tonu ammonium nitrat, 12,6 tonu ammofos, 12,35 tonu nitroamofaska, 1,65 tonu ammonium sulfat, gübrələridir. Həmçinin, 569 litr pestisid satılmışdır. Rayonda bitkilərin zərərvericilərdən və digər xəstəliklərdən qorunması istiqamətində mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir.

Qazax Rayon Bitki Mühafizə Mərkəzi tərəfindən 6 ay ərzində 10802 hektar ərazidə müşahidələr aparılmışdır. Çəyirtkəkimilərə qarşı 2234 hektar sahədə müşahidə aparılmış, 639 hektarda sirayətlənmə qeydə alınmış, 530 hektar sahədə büdcə vəsaiti hesabına kimyəvi mübarizə aparılmışdır. Siçanabənzər gəmiricilərə qarşı 700 hektarda müşahidə aparılmış və 247 hektarda sirayətlənmə qeydə alınmışdır. Sirayətlənmə qeydə alınmış 236 hektarda büdcə vəsaiti hesabına kimyəvi mübarizələr aparılmışdır. Ümumi müşahidə aparılmış müxtəlif növ əkin sahələri və meyvə bağlarında təsərrüfat subyektlərinin hesabına 69,25 hektarda mexaniki, 9049 hektarda isə kimyəvi mübarizə tədbirləri aparılmışdır.

Prezident İlham Əliyevin tapşırığına əsasən son illərdə rentabelli sənaye sahələrindən olan ipəkçiliyin inkişafı istiqamətində mühüm addımlar atılır. Cari ildə  110 qutu ipəkqurdu toxumundan 23 nəfər kümçü tərəfindən 4436 kq yaş barama istehsal edilərək "Azəripək" MMC-yə təhvil verilmişdir. Qısa zaman kəsiyində əldə olunan gəlir insanların bu sahəyə olan marağını daha da artırır. Hazırda kümçülər 10 qutu baramaqurdu bəsləyir və yüksək məhsuldarlıq əldə edəcəklərinə tam əmindirlər. Kümçülərin EKTİS-də qeydiyyatı aparılmışdır.

Qazaxda kənd təsərrüfatı məhsullarının becərilməsi üçün rayon ərazisində işəyararlı vəziyyətdə olan 259 ədəd traktor, 121 ədəd kotan, 115 ədəd mala, 25 ədəd gübrəsəpən, 68 ədəd taxıl toxumsəpən, 41 ədəd ox arxı çəkən tək korpus kotan, 29 ədəd taxılbiçən kombayn və başqa kənd təsərrüfatı texnikaları mövcuddur.

Son üç ildə rayon əhalisinin arıçılığın inkişafına marağı daha da artır. Bu ilin aprel ayında rayonda 537 nəfərə məxsus 8612 arı ailəsi subsidiya alınması üçün EKTİS-də qeydiyyatdan keçirilmişdir.

Qazaxda aqrar sektorun vacib sahəsi heyvandarlığın inkişafına münbit şərait var. İribuynuzlu heyvanlarda süni mayalama aparılmasına xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, 2021-ci ilin birinci yarısında 117 baş iribuynuzlu heyvanlarda  süni mayalama aparılmış,  67 baş cins tərkibi dəyişdirilmiş sağlam bala alınmışdır. Həmin balalara görə subsidiyanın alınması üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS-də) qeydiyyatı aparılmış və təsdiq edilmişdir. Hər bir sağlam buzova görə 100 AZN olmaqla 6700 AZN subsidiya hesablanmışdır.

Tədbirlər Planına uyğun 2021-ci ilin 6 ayı ərzində 22831 baş iribuynuzlu, 69982 baş xırdabuynuzlu, 1209 baş təkdırnaqlı heyvan qarayara xəstəliyinə qarşı, 2748 baş sahibli həyət itləri quduzluq xəstəliyinə qarşı, 23736 baş iribuynuzlu, 72798 baş xırdabuynuzlu heyvan dabaq xəstəliyinə qarşı, 25065 baş iribuynuzlu heyvan Nodulyar Dermatit, 1154 baş xırdabuynuzlu heyvan  isə Çiçək xəstəliyinə qarşı, 11108 baş iribuynuzlu heyvan vərəmə qarşı peyvənd edilmişdir. Eyni zamanda 335 baş iribuynuzlu və 72 baş xırdabuynuzlu heyvanda yoluxmayan xəstəliklərə görə müalicə tədbirləri aparılmışdır.

Dövr ərzində 32500 kvadratmetr ərazidə profilaktik, 600 kvadratmetr ərazidə isə məcburi dezinfeksiya işi aparılmışdır.

Aparılmış baytarlıq tədbirlərinin nəticəsinə görə rayon ərazisində kənd təsərrüfatı heyvanları arasında heç bir təhlükəli yoluxucu xəstəlik qeydə alınmamışdır.

Torpaqların aqrokimyəvi analizi ilə bağlı 17 nəfər müraciət etmiş və həmin şəxslərin 1484 hektar torpaq sahələri analiz olunaraq nəticələri onlara təqdim edilmişdir.

Vəli VƏLİYEV,

“Respublika”.