Qazaxıstan Respublikası Parlament Məclisi sədrinin müavini ölkəmizə səfərə gəlib
Siyasət

Qazaxıstan Respublikası Parlament Məclisi sədrinin müavini ölkəmizə səfərə gəlib

Mayın 15-də Qazaxıstan Respublikası Parlament Məclisi sədrinin müavini Balaim Kesebayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün ölkəmizə səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Qazaxıstan parlament nümayəndə heyətini Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Milli Məclisin deputatı Könül Nurullayeva, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər mayın 19-da başa çatacaq.

AZƏRTAC