Qəbələ: Şəhid ailəsi ziyarət olunub
Region

Qəbələ: Şəhid ailəsi ziyarət olunub

Rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərləri tərəfindən mütəmadi olaraq Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunur, qazilərlə görüşlər keçirilir, onların qayğı və problemləri öyrənilir və həlli üçün konkret işlər görülür. Bu günlərdə belə görüş şəhid Zeynallı Əsəd Ərziman oğlunun ailəsində keçirilib.

Şəhid Əsəd Zeynallı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əsəd Zeynallı 13 oktyabr 2020-ci ildə Tərtər rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qarşı tərəfdən atılan artilleriya mərmisinin partlaması nəticəsində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Görüşdə şəhidin ailəsi, onları narahat edən məsələlərin həlli nəzarətə götürülüb. Şəhidin ailə üzvləri diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

"Respublika".