Qəhramanlarımızı tanıyaq
Region

Qəhramanlarımızı tanıyaq

Salyan   Rayon  İcra  Hakimiyyətinin  və  Təhsil  şöbəsinin  birgə  təşkilatçılığı  ilə  “Qəhrəmanlarımızı tanıyaq”  adlı  silsilə  tədbirlər  çərçivəsində  Vətən  müharibəsi  iştirakçısı  və  qazilərlə  məktəblilərin növbəti  görüşü  keçirildi.

 Sarvan  kənd  tam  orta  məktəbində   baş  tutan  görüşdə  “Cəsur  döyüşçü”  və  “Suqovuşanın  azad  olunmasına  görə” medalları  ilə  təltif  edilmiş  əsgər  Hüseynov  Raqil  Ağahüseyn  oğlu, “Cəsur  döyüşçü”, “Vətən  uğrunda”, “Şücaətə  görə” və “Cəbrayılın  azad olunmasına  görə”  medalları  ilə  təltif  edilmiş  çavuş  İmanov  Gözəl  Nadir  oğlu,   Salyan  Rayon  İcra  Hakimiyyəti  başçısı  aparatının  Vətən müharibəsi  iştirakçıları  və  şəhid  ailələri ilə işin təşkili  şöbəsinin  böyük  məsləhətçisi, Füzulinin,  Xocavəndin,  Qubadlının,  Zəngilanın  azad  edilməsinə  görə”  və  “Şücaətə  görə”  medalları ilə  təltif  edilmiş  əsgər  Quliyev  Heydər  Seymur  oğlu  iştirak etdilər.
Tədbirdə  çıxış  edən  Heydər   Quliyev  44  günlük  Vətən  müharibəsində  əsgər  və  zabitlərimizin igidliyindən, xalq-ordu  birliyindən  geniş  söhbət  açıb,  qəhrəmanlarımızın   tanıdılmasının  vacibliyini   diqqətə  çatdırdı.  Qeyd  etdi  ki,  neçə-neçə  igid  oğullar  vətən  uğrunda  haqq  savaşının  iştirakçısı,  şəhid  və  ya  qazi  oldular.  Sonunda   isə   zəfər  çaldığımız  bu  müharibə  Azərbaycan  xalqının  vətənə  necə  bağlılığını,  onun  üçün  gözünü  qırpmadan  canından  keçməyə  hazır  olduğunu bir daha  nümayiş  etdirdi.  

Görüşdə  iştirak  edən  müharibə  iştirakçıları  keçdikləri  döyüş  yolundan danışaraq,  məktəblilərin  suallarını  cavablandırdılar.  Qonaqlara  xatirə  hədiyyələri  təqdim  edildi. Sonda  məktəblilərlə  müharibə  iştirakçıları  xatirə  şəkli  çəkdirdilər.

                  Ərəstun  ABDULOV,

                  “Respublika”.