Qərbi Azərbaycan tarixi Azərbaycan ərazisidir
Tarix

Qərbi Azərbaycan tarixi Azərbaycan ərazisidir

Ermənilər Qərbi Azərbaycanı özününküləşdirmək üçün buradakı azərbaycanlılara qarşı ağır hərbi cinayətlər törədiblər. Məhz ermənilərin etnik təmizləmə siyasəti nəticəsində Qərbi azərbaycanlılar öz doğma tarixi torpaqlarından deportasiya edilərək zorla çıxarılıb.

Qərbi Azərbaycan ərazisi, yəni Zəngəzur, Göyçə və İrəvan qədim Azərbaycan torpaqlarıdır.  Tarixi mənbələr göstərir ki, məhz çarizm dövründə buraya ermənilər məqsədli və düşünülmüş şəkildə kütləvi halda köçürülərək Çar imperiyasına etnik dayaq yaradılmışdır. Bu siyasət rus çarı birinci Pyotrdan başlamış, sovet-bolşevik hökuməti dövründə də daha ciddi şəkildə davam etmiş, sovet hökumətinin ermənipərəst siyasəti nəticəsində isə Qərbi Azərbaycan torpaqları qeyri-qanuni şəkildə tamamilə ermənilərə verilərək burada indiki Ermənistan dövləti yaradılmışdır. Amma heç bir tarixi mənbə burada qədim ermənilərin varlığını və tarixdə hər hansı bir erməni dövlətinin mövcudluğunu təsdiq etmir. Yəni, bütün tarixi mənbələr Qərbi Azərbaycan torpaqlarının məhz Azərbaycana aid olmasını mötəbər dəlillərlə sübut edir. Ancaq ermənilərin şovinist və etnik təmizləmə siyasəti nəticəsində Qərbi Azərbaycandakı Azərbaycan izləri dağıdılmış və yerlə-yeksan edilmişdir.  1988-ci ildən isə başlayaraq bu ərazilərdə yaşayan Qərbi azərbaycanlılar zorla və hərbi güc tətbiqi ilə öz dədə-baba torpaqlarından qovularaq ermənilərin etnik təmizləmə siyasətinin qurbanı olmuşdur. Qərbi Azərbaycan indiki Azərbaycan Respublikasının tarixi ərazisidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcması ilə keçirdiyi görüş və icmanın inzibati binasının açılışını etməsi son dərəcə əlamətdar hadisədir. Qərbi Azərbaycanda yaşamış azərbaycanlılara vaxtilə böyük zülm edilib, onlar ağır təqiblərə, hücumlara məruz qalıblar. Ermənilər orada yaşamış azərbaycanlılara qarşı da genosid siyasəti həyata keçirib.

Biz Azərbaycan Respublikası Prezidentinin Qərbi Azərbaycan məsələsinə dair fikirlərinə öz siyasi dəstəyimizi ifadə edirik. Qərbi Azərbaycan məsələsində də Azərbaycan haqlı tərəfdir. Zəngəzur, Göyçə, İrəvan əraziləri tarixi Azərbaycan torpaqlarıdır.

Biz Azərbaycan dövlətinin atdığı hər bir addımı dəstəkləyir, Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsində də Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu bildirir, ermənilərin şovinist və etnik təmizləmə siyasətini isə şiddətlə pisləyir, vaxtilə 1988-1989-cu illərdə və daha sonralar ermənilərin bütün azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və genosid siyasətini isə milli və irqi zəmində törədilən ağır hərbi cinayət və terror əməli hesab edirik.

İsrail Təhlükəsizlik Akademiyasının

Qafqaz üzrə Azərbaycan

Respublikasındakı

Regional Nümayəndəliyi.