Qırğızıstanın sabiq Baş naziri: Azərbaycan mühüm enerji ixracatçısına çevriləcək
MÜSAHİBƏLƏR

Qırğızıstanın sabiq Baş naziri: Azərbaycan mühüm enerji ixracatçısına çevriləcək

Bakıda keçirilən bu çox əhəmiyyətli Forum dünyanın müxtəlif yerlərindən gələn görkəmli mütəfəkkirlər, siyasətçilər, akademiklər, iş adamlarını bir yerə toplayıb. Forumda dünyada olan hazırkı vəziyyət, xüsusilə də regionun iqtisadi inkişafının təmin edilməsi, birgə əməkdaşlıq mövzusunda müzakirələr aparılır. Biz də bu Forumun iştirakçısı olmaqdan məmnunluq hissi duyuruq, - deyə Qırğızıstanın sabiq Baş naziri Comart Otorbayev deyib.

O qeyd edib ki, ötən il Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirib. "Azərbaycan özünün təbii ehtiyatlarının ixracı məsələsində daim çoxtərəflilik siyasəti yürütməyə çalışır. Təəccüblü deyil ki, Azərbaycan Avropa bazarına, Türkiyəyə və Asiya bazarlarına ixrac üçün bir sıra enerji və nəqliyyat dəhlizləri yaradır. Bununla da Azərbaycan mühüm enerji ixracatçısı və nəqliyyat-logistika habına çevriləcək".