Qlobal gücə çevrilmə reallaşır
Digər xəbərlər

Qlobal gücə çevrilmə reallaşır

Beynəlxalq münasibətlərdə Azərbaycanın mühüm rol oynadığı platformalardan biri Türk Dövlətləri Təşkilatıdır. Belə ki, qardaş Türkiyə ilə strateji müttəfiqliyin əsasında yaradılan Türk Dövlətləri Təşkilatı dünyada yeni bir güc mərkəzinə çevrilməklə yanaşı, həm regional iqtisadi-siyasi proseslərə ciddi təsir imkanlarına malik nüfuzlu bir qurumdur. Prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü üzv ölkələr arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm hadisədir yeni yüksəliş dövrünün başlanğıcı sayıla bilər.

Məlum zəlzələ faciəsindən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü xüsusi əhəmiyyət kəsb edir. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinə toxunan dövlətimizin başçısı qeyd etdi ki, ölkələrimiz həm sevincli, həm kədərli günlərdə daim bir-birinin yanında olub.

 "Fəlakət - Fövqəladə halların idarə edilməsi humanitar yardım" mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platformadır. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkib, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr aparıblar. Digər tərəfdən, türk dövlətlərinin liderləri çıxışlarda Türkiyənin təkcə regionda deyil, bütün dünyada nüfuzunun yüksək olduğunu vurğuladılar.

Türkiyənin qlobal güc kimi özünü təsdiq etməsində Prezident Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu qeyd edildi. Sammitdə türk ölkələrinin liderlərinin Ərdoğan hökumətinin xarici siyasətinə dəstək nümayiş olundu, onun liderliyi ilə reallaşdırılan islahatların türk xalqını yeni-yeni uğurlara çatdıracağına əminliyi ifadə edildi. Prezident İlham Əliyev çıxışında keçən il Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşünə toxunaraq qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif olunması Türkiyə liderinin Türk dünyasının gücləndirilməsində xidmətlərinin daha bir sübutudur. Bundan sonrakı fəaliyyətində Rəcəb Tayyib Ərdoğan Türk dünyasının inkişafına, əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfələr verəcək.

Zirvə görüşü zamanı Türkiyədə baş vermiş zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyət əsas müzakirə mövzusu olsa da, liderlər üçün digər məsələləri gündəmə gətirmək baxımından uğurlu platforma idi. Türkiyə Prezidentinin Türk Dövlətləri Təşkilatı olaraq enerji təhlükəsizliyinin təmin edilməsində, eləcə regional nəqliyyat əlaqələrinin inkişafında digər məsələlərdə strateji rol oynayacağı mesajı əslində, türk soyuna düşmən kəsilənlərə sərt zərbə oldu. Burada qeyd olundu ki, türk dövlətləri Asiya ilə Avropa arasında nəqliyyat dəhlizlərinin formalaşmasında əhəmiyyətli rola malikdirlər. Bu fakt Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin əməkdaşlıq əlaqələrini inkişaf etdirməsini zərurətə çevirir. Bu birlik dünyanın iki böyük qitəsini birləşdirməklə, yalnız təşkilata üzv dövlətlərin deyil, bütövlükdə Avrasiya regionunun iqtisadi inkişafına böyük təsir edəcək.

Türk birliyinin qlobal gücə çevrilməsi artıq reallaşır. Bu fakt qloballaşan dünyada türk faktoru ilə hesablaşmağı beynəlxalq birlik üçün zəruri edəcək. Bu tarixi hədəfə tezliklə çatmaq üçün Azərbaycan Türkiyə ilə yanaşı, digər türk dövlətləri güclü siyasi iradə nümayiş etdirməli, bütün imkanlardan maksimum istifadə olunmalıdır. TDT-nin Fövqəladə Zirvə görüşündə qəbul olunan Ankara Bəyannaməsinin müddəaları, eləcə digər qərarlar bu hədəflərin reallaşmasını daha da yaxınlaşdırır.                                            

Tamam CƏFƏROVA,

Milli Məclisin deputatı.