Qlobal güclərin gərginləşən münasibətləri
Siyasət

Qlobal güclərin gərginləşən münasibətləri

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin sözlərinə görə, iki ölkəBirləşmiş Ştatlar Çin arasında münasibətlərin hazırkı vəziyyəti son dərəcə təhlükəlidir. Kissencer tez-tez Vaşinqton Pekinin müharibənin astanasında olduğunu deyir, ikinci Soyuq müharibənin tərəflər arasında başlaya biləcəyinə diqqət çəkir. Buna səbəb isə Bayden Cinpin hökumətlərinin bir-birinə qarşı yumşalmayan ritorikasıdır. Son olaraq ABŞ müdafiə nazirinin müavini Ketlin Hiks açıqlamasında bildirib ki, Pentaqon Çini onilliklər boyu nəzarətdə saxlamağa qərarlıdır iki ölkə arasındakı rəqabət gələcək nəsillər boyu davam edəcək.

Tərəflər arasındakı rəqabət isə tək bir nöqtədə getmir. Onlar arasındakı ilk mübahisəli məsələ təbii ki, Tayvandır. Buranın mümkün müharibənin başlanğıc nöqtəsi ola biləcəyi proqnozlaşdırılır. Çünki Pekin adalarla bağlı məsələdə qərarlıdır, Tayvanı öz ərazisi hesab edir. Vaşinqton isə Taypeyin Çin torpaqlarına qatılmasına imkan verə bilməz. Bu, Evin Sakit okeandakı geosiyasi maraqlarının itirilməsi deməkdir. Digər tərəfdən, Pekin Ukrayna müharibəsinin həllində vasitəçilik etməyə başlayıb bu məsələdə Avropa tərəfindən dəstəklənir. Eyni zamanda, Tehran, Moskva Pekin arasında birgə əməkdaşlığın qurulduğunun şahidi oluruq. Bu məqamda, Pekinin Səudiyyə Ərəbistanı İranın münasibətlərini normallaşdırmasına vasitəçilik etməsini, Yaxın Şərqin iki rəqib ölkəsinin məhz Çində razılaşmasını xatırlamaq lazım gəlir. Yəni artıq Çin mərkəzi Pekin olan yeni dünya nizamı qurmaq planlarının icrasına başlayıb, eyni maraqlardan çıxış etdiyi müttəfiqlərini tapıb. Bir növ bu 3 ölkə çoxqütblü dünya nizamının tərəfdarları kimi birləşib.

Birləşmiş Ştatlar isə bu addımların qarşılığında Hind-Sakit Okean hövzəsində möhkəmlənməyə çalışır. Bir neçə ay öncə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin Cənubi Çin dənizində Çinin nəzarətində olan Parasel adaları yaxınlığından keçməsi bu planın tərkib hissəsi kimi şərh olunmalıdır. Taypey lideri Tsay İnvenin Mərkəzi Amerika ölkələrinə səfərindən əvvəl ABŞ-a gəlməsi, burada nümayəndə Makkarti ilə görüşü Pekinə cavab xarakteri daşıyır. Amma Çinin bu xəbərdarlığa cavabı sərt ola bilər. Çinin Rusiyanın Ukraynadakı döyüş taktikasını öyrənməsi hazırda Avrasiya məkanında davam edən müharibəyə görə qərb cəmiyyətinin müəyyən mənada məşğul olması Cinpin hökumətini genişmiqyaslı müharibəyə başlamağa sövq edə bilər. Üstəlik, nəzərə almaq lazımdır ki, Çinin son dövrdə artan hərbi xərcləri gündən-günə inkişaf edən dəniz gücü ilə Cənub Şərqi Çin dənizlərindəki hərbi fəaliyyəti müşahidə olunur. Çinin müdafiə büdcəsinin son 10 ildə 7,2 faiz artması, eləcə Tayvan boğazı boyunca sığınacaqların tikilməsi bu iddianı dəstəkləyir.

Hər iki ölkənin hərbi baxımdan bir-birinə ən yaxın olduğu bu bölgə potensial qaynar münaqişə nöqtəsi olaraq qalmaqda davam etsə , indiki mərhələdə Çinə, Evə müharibə lazımdır. Əslində, Çinin Birləşmiş Ştatlarla toqquşmaq üçün xeyli imkanları var. Bununla belə nəzərə almaq lazımdır ki, Çin iqtisadiyyatı hələ qərblə ticarət əlaqələrindən həddən artıq asılıdır. Eyni zamanda, rəsmi Pekinin hazırkı siyasəti ilk növbədə iqtisadi artımı təmin etməyə fokuslanıb.

Amerikalılar isə Ukraynadakı münaqişə bitənə qədər başqa xaosa qarışmaq istəmirlər. Üstəlik, Bayden hökumətinin real müharibə vəziyyətində Tayvana silah ötürməsi Ukraynada olduğu qədər asan olmayacaq. Bu da o deməkdir ki, Tayvanda Çinlə hərbi münaqişə Birləşmiş Ştatların Asiyada apardığı müharibələr sırasına əlavə oluna bilər. ABŞ-da seçkilərə az qaldığını da düşünsək, Baydenin Çin kimi böyük güclə müharibəyə başlayacağı ehtimalı daha da zəifləyir. Bu səbəbdən , Baydenin dünən Evdə jurnalistlər qarşısında çıxışı zamanı çinli həmkarı Si Cinpinlə görüşəcəyini açıqlaması, dəqiq tarix olmasa da, danışıqların zəruri olduğunu bildirməsi təsadüfi deyil.

Yekunda belə bir mənzərə ortaya çıxır ki, hər iki dövlətin rəsmiləri aralarındakı problemlərin asanlıqla həll olunacağına inanmasalar da, sərhədləri yaxşı müəyyənləşdirəcəkləri halda münasibətləri tənzimləyəcəklərini bilirlər. Mümkün riskləri dəyərləndirdikdə isə əslində, bundan başqa yolları olmadığını da dərk edirlər. Bu səbəbdən, tərəflər Tayvan kimi kritik məsələlərdə bir-birinə xəbərdarlıq etsələr, hətta yeni bir müharibənin anonsunu versələr , belə bir savaşın başlaması indiki perspektivdə real görünmür.

Jalə QASIMZADƏ,

"Respublika".