QMİ sədri
Digər xəbərlər

QMİ sədri "Rusiya - İslam aləmi strateji baxış qrupu"nun növbəti illik görüşündə iştirak edir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının Tatarıstan Respublikasının başçısı Rüstəm Minnixanovun dəvəti ilə Kazan şəhərində keçirilən "Rusiya - İslam aləmi strateji baxış qrupu"nun növbəti illik görüşündə iştirak edir.

QMİ-dən AZƏRTAC-a bildirilib ki, Kazan Ratuşasında keçirilən "Rusiya - İslam aləmi: ənənəvi mənəvi dəyərlər dinlərarası əməkdaşlığın əsasıdır" mövzusuna həsr olunmuş plenar iclasda Tatarıstan başçısı R.Minnixanov, Moskva Bütün Rusiyanın Patriarxı Kiril, Rusiya müsəlmanları ruhani idarələrin başçıları, müftilər, Federasiyanın hökumət nümayəndələri, eləcə İslam aləmini təmsil edən xarici dini liderlər elm xadimləri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını xoş arzularını qardaş Tatarıstan xalqına Forum iştirakçılarına çatdıran QMİ sədri qeyd edib ki, Rusiya tarixən İslam dünyasına müsəlman irsinə dərin hörməti ilə tanınır, İslam dininin mütərəqqiliyini mənəvi əhəmiyyətini yüksək qiymətləndirir.

Şeyxülislam İslam dünyası ilə dinlərarası dialoqun əməkdaşlığın inkişafına verdiyi layiqli töhfəyə görə, eləcə Cənubi Qafqazda sülhün əldə edilməsinə qarşılıqlı etimadın bərpasına yönəlmiş fəaliyyətinə görə Patriarx Kirilə öz minnətdarlığını bildirib.

QMİ sədri tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin zəngin irsinin nəhəng potensialı sayəsində qazandığı təcrübədən istifadə edərək, onun başlatdığı işləri nəinki qoruyub saxlamış, onun rəhbərliyi ilə xalqımız Ümummilli Liderin əsas vəsiyyətini yerinə yetirərək Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etməyə nail olub.

"Heydər Əliyevin anadan olmasının 100- ildönümü ilə əlaqədar Azərbaycan Prezidentinin ünvanına, o cümlədən bu tədbirdə iştirak edən bir çox siyasi, dini ictimai xadimlərdən təbrik mesajları gəlməkdə davam edir, onların çoxu bu parlaq şəxsiyyətlə ünsiyyətdə olublar", - deyən Allahşükür Paşazadə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə belə həssaslıqla yanaşdıqları üçün Azərbaycan xalqı adından tədbir iştirakçılarına təşəkkür edib.

"Müharibələrin səngimədiyi müasir dünyada milli ya dini dözümsüzlük səbəbindən zorakılıq aktları davam edir, dindən siyasi məqsədlər üçün sui-istifadə meyilləri xüsusilə təhlükəlidir. Terrorizm ya hər hansı zorakılığın heç bir dini əsası yoxdur ola da bilməz", - deyə şeyxülislam vurğulayıb.

***

Həmçinin şeyxülislam A.Paşazadə Tatarıstanın rəhbəri Rüstəm Minnixanov ayrılıqda da görüşüb fikir mübadiləsi aparıblar. Şeyxülislam Tatarıstan rəhbərinə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb, Azərbaycan xalqının qardaş Tatarıstana onun rəhbərliyinə dərin rəğbət ehtiram bəslədiyini ifadə edib.

Öz növbəsində Minnixanov Azərbaycanın dövlət başçısına öz ehtiramını salamlarını çatdırmağı xahiş edib bütün Azərbaycan xalqını Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə təbrik edib.

Qeyd edək ki, forum öz işini davam etdirir.