“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 649-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 13 iyun tarixli 720 nömrəli və “Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 2006-cı il 17 aprel tarixli 388 nömrəli fərmanları
Fərman

“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 649-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 13 iyun tarixli 720 nömrəli və “Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 2006-cı il 17 aprel tarixli 388 nömrəli fərmanları

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 649-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-2-ci hissəsində (hər üç halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 3-cü maddəsinin 2-2-ci hissəsində (birinci halda) “orqan (qurum)” dedikdə mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus hüquqi şəxslər nəzərdə tutulur;

1.3. həmin Qanunun 3-cü maddəsinin 2-2-ci hissəsində (ikinci və üçüncü hallarda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-2-ci hissəsinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestrinin aparılması qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.2. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 649-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 720 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 381; 2003, № 9, maddə 478; 2014, № 7, maddə 823; 2015, № 10, maddə 1125; 2016, № 8, maddə 1384; 2017, № 3, maddə 368; 2020, № 8, maddə 1031) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bənddə “və 3-cü maddəsinin 2-1-ci hissəsində” sözləri “, 3-cü maddəsinin 2-1-ci və 2-2-ci (hər üç halda) hissələrində” sözləri ilə əvəz edilsin;

3.2. aşağıdakı məzmunda 2.2-1-ci və 2.4-1-ci bəndlər əlavə edilsin:

“2.2-1. həmin Qanunun 3-cü maddəsinin 2-2-ci hissəsində (ikinci və üçüncü hallarda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;

“2.4-1. həmin Qanunun 3-cü maddəsinin 2-2-ci hissəsində (birinci halda) “orqan (qurum)” dedikdə mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus hüquqi şəxslər nəzərdə tutulur;”.

4. “Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 aprel tarixli 388 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 320; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384; 2019, № 7, maddə 1222; 2020, № 1, maddə 5) aşağıdakı dəyişikliklər edilsin:

4.1. preambulada “müəssisələri” sözü “hüquqi şəxsləri” sözləri ilə əvəz edilsin;

4.2. həmin Fərmanla təsdiq edilmiş “Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları” üzrə:

4.2.1. 2.1-ci bənddə “müəssisələr” sözü “hüquqi şəxslər” sözləri ilə əvəz edilsin;

4.2.2. 2.5-ci bənddə “müəssisələrin” sözü “hüquqi şəxslərin” sözləri ilə əvəz edilsin;

4.2.3. 2.8-ci və 2.9-cu bəndlərdə “müəssisənin” sözü “hüquqi şəxsin” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 21 yanvar 2023-cü il