Qürur və ehtiram günü
Region

Qürur və ehtiram günü

Torpağı bərəkətli, təbiəti axar-baxarlı Cəbrayıl rayonu 30 il düşmən tapdağı altında qaldı. Yurd-yuvalar dağıdıldı, tarixi abidələr yerlə yeksan edildi, torpaq şum üzünə, tarlalar əkin-biçinə həsrət qaldı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Ordumuzun rəşadəti ilə 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri və rayonun 9 kəndi erməni işğalçılarından azad olundu. Həmin tarixi gündən 2 il ötür.

Bu münasibətlə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, YAP Cəbrayıl Rayon Təşkilatının üzvləri, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri "Şəhidlər" Abidə Kompleksində və Şəhidlər Xiyabanında şəhidlərin məzarlarını ziyarət edərək əziz xatirələrini böyük ehtiramla yad etdilər.

Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandana, şanlı Ordumuzun əsgər və zabitlərinə öz minnətdarlıqlarını bildirdilər.

Tofiq HÜSEYN,

"Respublika".