Radikallar məsuliyyətdən yayınmaq üçün Paşinyanı hədəf seçirlər
Siyasət

Radikallar məsuliyyətdən yayınmaq üçün Paşinyanı hədəf seçirlər

Ermənistanda siyasi mənzərə uzun müddətdir davam edən rəqabət iğtişaşlarla səciyyələnir. Müxalif qüvvələr xalqın düşdüyü vəziyyətə görə günahı baş nazir Nikol Paşinyanda görür. Belə ki, 2018-ci ildə "məxməri inqilab" kimi tanınan geniş etirazlardan sonra keçmiş jurnalist fəal Nikol Paşinyanın hakimiyyətə gəlişi siyasi iqtisadi islahatlara ümid yaratsa da, işğalçı ölkəni idarə etmək bir o qədər asan olmadı.

Paşinyanın əleyhdarları iddia edirlər ki, onun hökuməti iqtisadi tərəqqi həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı verdiyi vədləri yerinə yetirə bilmədi, birlik sabitliyin təmin olunması əvəzinə, ölkə daxilində parçalanmaları daha da gücləndirdi, sonda siyasi iğtişaşlara sosial gərginliyə gətirib çıxardı. Müxalifət partiyaları Paşinyan hökumətinin onlarla əlaqə qurmaması nəticəsində ölkədə problemlərin, o cümlədən işsizlik yoxsulluq səviyyəsinin yüksəldiyini, idarəçilikdə şəffaflığın olmadığını bildirirlər. Müxalifət Nikol Paşinyanı Qarabağ münaqişəsinin həllində bunun fonunda düzgün xarici siyasət yürütməməkdə, beynəlxalq müstəvidə maraqlı tərəflərlə səmərəli danışıqlar aparmamaqda, ölkə üçün əlverişli şərtləri təmin etməməkdə günahlandırır. Müxalifət iddia edir ki, Paşinyanın 2020-ci ildə altıhəftəlik müharibəyə son qoyaraq üçtərəfli Bəyanat imzalamaq qərarı ölkənin milli təhlükəsizliyinə ərazi bütövlüyünə xələl gətirən kapitulyasiya idi. Paşinyanın strateji uzaqgörənliyinin olmamasının Ermənistanın "ərazi itkiləri" ilə üzləşməsinə səbəb olduğunu, onilliklər ərzində nəzarətində olan ərazilərin Azərbaycana "verildiyini" iddia edən müxalifət baş naziri xəyanətkar adlandırır.

Həmçinin üçtərəfli Bəyanatın Qarabağdakı etnik erməni əhalisinin hüquqlarını təhlükəsizlik problemlərini təmin etmədiyini bildirir. Müxalifətə qoşulan radikallar da Paşinyan administrasiyasını korrupsiyaya qarşı mübarizədə, idarəetmədə, o cümlədən məhkəmə hüquq-mühafizə orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması üçün heç bir görmədiyinə hakimiyyətdən sui-istifadə hallarına görə tənqid edirlər.

Bəllidir ki, Ermənistan tarix boyu Azərbaycan Türkiyəyə düşmən mövqeyində olub. Qərb qonşumuzun ölkəmizin ərazi bütövlüyünü pozması ilə münasibətlər daha da gərginləşib düşmənçilik səviyyəsinə çatıb. Bu səbəbdən Türkiyənin Ermənistana tətbiq etdiyi blokada düşmən ölkənin iqtisadi inkişafını ciddi şəkildə məhdudlaşdırıb o, regionda reallaşdırılan bütün layihələrdən təcrid olunub. Bu gün ölkənin keçmiş prezidentləri Serj Sarkisyan, Robert Köçəryan, dini lideri Njde Qaregin kimi millət qanına susamış radikallar bu məsələlərdə baş naziri hədəf seçməklə məsuliyyətdən boyun qaçırmağa çalışırlar. Belə ki, müxalifətə, eyni zamanda radikallara görə, Paşinyan hökuməti regional çağırışların öhdəsindən gələ bilmir Ermənistanın mənafeyini qorumur. Onlar hesab edirlər ki, daha güclü diplomatik səylər strateji addımlarla Ermənistanın maraqlarının müdafiəsini təmin etmək olar. Lakin qeyd etmək lazımdır ki, Ermənistanın üzləşdiyi vəziyyət, siyasi iğtişaşlar, iqtisadi gerilik regional amillər yalnız Paşinyan hakimiyyətinə deyil, ondan əvvəlki rəhbərlərə birbaşa aiddir, sadəcə Paşinyan onların siyasətini "uğurla" davam etdirir.

İkinci Qarabağ müharibəsində düşmənin kapitulyasiyası, Ağdam, Kəlbəcər Laçın rayonlarını hərbi əməliyyatlarsız geri qaytarması Ermənistanın daxilində siyasi sosial əks-səda doğurdu bu, müzakirələr mövzusu olaraq davam edir. Buna görə müxalifət Paşinyanın qərar qəbul etmək danışıqlar aparmaq bacarığının Ermənistanın milli maraqlarını qorumaq üçün yetərli olmadığını bəyan edir. Radikallar iddia edirlər ki, Paşinyanın qarşıdurma yaratması bölücü ritorikası mövcud fikir ayrılıqlarını daha da gücləndirib vacib islahatların aparılmasına mane olur. Keçmiş prezidentlər Paşinyanı hakimiyyətdə əsas kadrları dəyişdirməklə demokratik prinsiplərə məhəl qoymamaqda ittiham edir, bunun ölkə daxilində sabitliyin pozulmasına, demokratik dəyərlərin aşınmasına səbəb olduğunu qeyd edirlər. Serj Sarkisyan, Robert Köçəryan Paşinyanı səhv idarəçilikdə tənqid edir, onun hökumətini korrupsiya ilə mübarizə, vergi islahatları biznesin inkişafı kimi struktur problemləri effektiv şəkildə həll etməməkdə günahlandırır, baş nazirin siyasi təcrübəsizliyini, institusional normalara məhəl qoymamasını vurğulayırlar.

Nikol Paşinyana qarşı sərt tənqidi fikirlər səsləndirən, 1998-2008-ci illərdə Ermənistanın ikinci prezidenti olmuş Robert Köçəryan indiki baş naziri ölkənin işlərinə düzgün yanaşmamaqda ittiham edir, Paşinyanın siyasi təcrübəsinin olmamasının idarəetmədə səriştəsizliyinin Ermənistanın üzləşdiyi hazırkı vəziyyətə gətirib çıxardığını söyləyir. Köçəryan hesab edir ki, düzgün strategiyanın olmaması ölkənin xarici investisiyaları cəlb etmək davamlı iqtisadi artımı stimullaşdırmaq imkanlarına mane olur. Köçəryan həmçinin Paşinyanı Ermənistanın qlobal səhnədəki nüfuzuna xələl gətirməkdə ittiham edir. O, iddia edir ki, Paşinyanın uğursuz xarici siyasəti əsas beynəlxalq tərəfdaşlarla münasibətləri gərginləşdirib bu, dövlətin mövqelərinin zəifləməsinə gətirib çıxarıb.

2008-2018-ci illərdə Ermənistanın üçüncü prezidenti olmuş Sarkisyan iddia edir ki, Paşinyanın "məxməri inqilab" yolu ilə hakimiyyətə gəlməsi idarəetmə planının olmaması ilə səciyyələnir bu, Ermənistanın üzləşdiyi problemlərə qeyri-müəyyənliklərə səbəb olub.

Baş nazir Nikol Paşinyan isə keçmiş prezidentlər Robert Köçəryan Serj Sarkisyanın ona ünvanladığı tənqidlərə cavab olaraq bildirib ki, Ermənistanın üzləşdiyi problemlərdə ölkənin hazırkı vəziyyətə düşməsində məhz onlar məsuliyyət daşıyırlar. Çünki Köçəryanın prezident olduğu dövrdə Ermənistan sistemli problemlər köklü korrupsiya ilə üzləşib əvvəlki administrasiyanın bu məsələləri həll etməməsi ölkəyə qalıcı təsir göstərib. Baş nazir ona miras qalmış problemlərin birbaşa Köçəryan administrasiyasının siyasətinin idarəçiliyinin nəticəsi olduğunu bildirir. Paşinyan əvvəlki, o cümlədən Sarkisyan administrasiyasını korrupsiya hallarını formalaşdırmaqda günahlandırır iddia edir ki, onun hökumətinin korrupsiya ilə mübarizə səyləri əvvəlki administrasiyaların yaratdığı dərin köklü problemlərin həlli üçün zəruri addımlardır.

Bircə reallıq var, istər əvvəlki, istərsə indiki hakimiyyət xalqın müqəddəratını az da olsa düşünsəydi, bu gün Ermənistan regionda reallaşdırılan irimiqyaslı layihələrdən təcrid olunmaz, regional əməkdaşlıqda iştirak edərdi. Əksinə, bu gün qonşu ölkədə rüşvətxorluq, oğurluq, korrupsiya halları, dövlətlə xalq arasında qarşıdurmalar baş alıb gedir.

Mehparə ƏLİYEVA,

"Respublika".