Rahat uyu, cənab leytenant
Region

Rahat uyu, cənab leytenant

Şirvan şəhərində doğum və anım günlərində şəhid məzarlarının ziyarət olunması ənənəyə çevrilib. Bu günlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi Süleyman Loğman oğlu Bağırovun doğum günü onun məzarı başında qeyd edildi.

Bu münasibətlə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər icra hakimiyyəti aparatının məsul əməkdaşları, şəhid ailələri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları öncə Şirvan Şəhər Şəhidlər Xiyabanında Süleyman Bağırovun məzarını ziyarət etdilər.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı önündə çıxış edərək ailəsinə başsağlığı verdi və belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün şəhidin valideynlərinə minnətdarlığını bildirdi.

Sonra Şirvan şəhər 20 nömrəli tam orta məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər sələndirdilər.

Süleymanın ailə üzvləri şəhidlərin ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

Tofiq HÜSEYN,

“Respublika”.