Reabilitasiya xidmətlərində 5 ayın göstəriciləri
Sosial həyat

Reabilitasiya xidmətlərində 5 ayın göstəriciləri

Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyinin  tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində bu ilin yanvar-may aylarında əlilliyi olan 15 minə yaxın şəxsə reabilitasiya xidmətləri göstərilib. Onlar səmərəli fizioterapevtik müalicə prosedurlarına cəlb edilib, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji xidmətlərlə əhatə olunublar.

Bu dövrdə Agentlik tərəfindən əlilliyi olan 5411 şəxsə 24 minə yaxın reabilitasiya vasitəsi verilib.

"Respublika".