Reallığa çevrilən hədəflər
Siyasət

Reallığa çevrilən hədəflər

Uğurlarımızın əsasında dövlət başçısının yürütdüyü prinsipial siyasət dayanır

Azərbaycan Ermənistan üzərində qələbəni 44 günə təmin etdi!.. Bu ifadəni tez-tez işlədirik. Bəli, İkinci Qarabağ müharibəsi 44 gün çəkdi, ancaq qələbəyə doğru uzun-uzadı bir yol qət etdik. Azərbaycanın 2003- ildən başlayaraq apardığı böyük qələbəyə hazırlıq kursu burada xüsusi qeyd edilməlidir. Çünki ölkə rəhbəri ilk gündən Azərbaycan xalqının dövlətinin erməni işğalı ilə barışmayacağı faktından çıxış edərək, ardıcıl sistemli şəkildə dövlətin cəmiyyətin gücünü artırmaq istiqamətində fəaliyyət göstərib.

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 17 il ərzində çıxışlarında bu barədə açıq danışıb, bütün yüksək səviyyəli görüşlərdə, ali toplantılarda, beynəlxalq təşkilatların tədbirlərində, BMT-nin yüksək tribunasında çıxış edəndə belə Prezident işğal altındakı əraziləri hərbi yolla azad etmək variantını heç vaxt istisna etməyib. O, əsas məqsədi dəqiq ifadə edib: "Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik. Biz tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi, tarixi ədalətə cavab vermirdi. Yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilərdi. Bizə isə tam, mütləq qələbə lazım idi. Biz bu mütləq qələbəni qazandıq, düşməni darmadağın etdik, düşmən ordusunu məhv etdik istəyimizə nail olduq".

Bu müstəvidə "ərazi bütövlüyünü bərpa etmək tarixi ədaləti bərpa etməkdir" fundamental tezisinin əsaslı siyasi, geosiyasi, tarixi mədəni aspektləri vardır. Siyasi aspekt Azərbaycanın dövlətçilik ənənəsinin ümumi fəlsəfəsi ilə bağlıdır dövlət siyasətində ədalət prinsipi isə mərkəzi yer tutur. Dövlət başçısının prinsipial siyasi xətti elə ilk prezident seçkisindən dərhal sonra özünü büruzə verməyə başladı. YAP-ın VII qurultayındakı çıxışında ölkə rəhbəri bununla bağlı deyib: "Prezident seçkilərindən sonra mən ərazi bütövlüyümüzün bərpasını qarşıya birinci dərəcəli vəzifə kimi qoymuşdum biz buna nail olduq. Eyni zamanda, siyasi, iqtisadi, sosial başqa sahələrdə, o cümlədən xoşagəlməz hallara qarşı mübarizədə qarşımıza açıq-aydın hədəflər qoyuldu. Biz ardıcıllıqla məqsədyönlü şəkildə bu hədəflərə çatdıq".

Bəli, Azərbaycan Prezidenti öz hədəflərinə çatır, çünki prinsipial mövqe nümayiş etdirir mövqeyindən dönmür. Vətən müharibəsindən sonra sülh danışıqlarına başlanması, sülh müqaviləsinin bağlanması istiqamətində öz mövqeyini ortaya qoyub. Sülh müqaviləsinin yalnız beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olmaq üçün 5 maddədən ibarət sülh paketi təklif edib.

Məlumdur ki, regionda nəqliyyat-kommunikasiya xətlərinin bərpası əsas məsələlərdən biridir. O cümlədən, Zəngəzur dəhlizinin işləməsi prinsipial əhəmiyyət daşıyır. Zəngəzur dəhlizinin geosiyasi əhəmiyyəti kontekstində iki tezis üzərində dayanılır. Birincisi Zəngəzur dəhlizinin açılmasının 10 noyabr Bəyanatından irəli gəlməsi ilə əlaqəlidir. İkincisi, regionda nəqliyyat-kommunikasiya imkanlarının inkişafının, davamlı sülhün tərəqqinin təmin edilməsinə imkanlar açılmasına yeni təkan verəcəyi ilə bağlıdır. Deməli, Zəngəzur dəhlizi yalnız əhəmiyyətli iqtisadi-kommunikasiya faktoru deyil. O, daha çox geosiyasi geoiqtisadi kontekstdə əməkdaşlıq, davamlı sülh tərəqqi məsələsi ilə əlaqəlidir. Eyni zamanda, Zəngəzur dəhlizi əhəmiyyətinə görə regional miqyası aşaraq qlobal səviyyədə faydalı layihələrin reallaşmasında vacib rol oynamalıdır. Dövlət başçısı YAP-ın qurultayında: "İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Məcbur edəcəyik onları, məcbur edəcəyik", - fikrini səsləndirərkən, Prezident uzun illər səbirlə, sistemli şəkildə ardıcıl surətdə beynəlxalq vəziyyətin Azərbaycanın xeyrinə dəyişməsinə yönəlmiş siyasətin yaratdığı reallığa güvənir.

Azərbaycanın postmüharibə dövründə xarici siyasət kursu dəyişməz olaraq qalır ölkə başçısının dediyi kimi: "Müharibə dövrü müharibədən sonrakı dövr bir onu göstərdi ki, bu, çox düzgün kurs idi".

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində yürütdüyü siyasi xətt dövlət başçısının qətiyyəti, siyasi iradəsi sayəsində dəyişməzdir. Müharibədən sonra keçirilən ikitərəfli, çoxtərəfli görüşlərdə prinsipial siyasi xətt yürüdür. İstər Soçi, Praqa, istərsə Brüssel görüşlərində Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində əldə olunmuş nəticələr Azərbaycanı son qələbəyə yaxınlaşdırır. Dövlət başçısının siyasi iradəsi nəticəsində qəbul edilən Soçi bəyanatı Alma-Ata sazişinə tam uyğundur ki, bu da birmənalı olaraq Qarabağın Azərbaycan ərazisi olması anlamına gəlir. Alma-Ata Bəyannaməsinə əsasən üzvlər 1991-ci ildə yaradılmış MDB- daxil olarkən bir-birinin ərazi bütövlüyünü tanımaq öhdəliyi götürüb.

Müharibə bitsə , Ermənistan hələ sülh müqaviləsi imzalamaqdan qaçır, sərhəddə təxribatlar törədir. Azərbaycan ordusu bu təxribatlara layiqincə cavab verir. Prezident isə düşmənin "qondarma Dağlıq Qarabağ respublikası"nın müstəqilliyinin tanınması istəyini gözündə qoyur, bütün görüşlərdə Qarabağın Azərbaycanın daxili məsələsi olduğunu bəyan edir, beynəlxalq qurumları, "Dağlıq Qarabağ" ifadəsini işlətməməyə çağırır. Elə Ermənistan-Azərbaycan münaqişəsinin həllini öz üzərinə götürən, lakin 30 il müddətində yalnız ermənilərin marağından çıxış edən ATƏT-in keçmiş Minsk qrupunun "gorbagor olması", "cəhənnəmə getməsi" Prezident İlham Əliyevin prinsipial siyasi xəttinin ölkəmizə qazandırdığı uğurdur.

Son vaxtlar Laçın dəhlizinin, Sus Zabux kəndlərinin tam nəzarətə götürülməsi Azərbaycanın mövqeyini daha da möhkəmləndirdi. Aprel ayının 23- isə Ermənistanla sərhəddə Azərbaycanın nəzarət-buraxılış məntəqəsi quruldu. Bununla da, ölkəmizin sərhədlərinin bütövlüyü, tamlığı təmin edildi.

Xatırladaq ki, ötən il dekabrın 12-dən Ermənistanın Qarabağın təbii sərvətlərinin qanunsuz istismarına etiraz olaraq Laçın-Xankəndi yolunun başlanğıcında ekofəallar dinc aksiyaya başladı. Ermənistan aksiyaya müxtəlif cür don geyindirməyə çalışsa da, bu aksiya 138 gün davam etdi. Ermənilər bunu "humanitar blokada", "etnik təmizləmə" kimi dünyaya təqdim etmək istəsələr , Azərbaycan Prezidenti bütün beynəlxalq səviyyəli görüşlərdə, tədbirlərdə onların bu yalanını da ifşa etdi. Bu il fevralın 18- Münxendə Prezident İlham Əliyev Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulmasının vacibliyini bəyan etdi. Ermənistan onun havadarlarının etirazlarına baxmayaraq, məntəqə quruldu bununla da Ermənistandan Qarabağa silah-sursat, hərbi qüvvə daşınmasının qarşısı alındı.

İndi Azərbaycanın bütün sərhədlərində üçrəngli bayrağı qürurla dalğalanır, peşəkar sərhədçilərimiz sərhədlərimizin keşiyində ayıq-sayıq dayanıb. Hər bir dövlətin varlığının rəmzlərindən biri olan sərhəd Azərbaycan üçün müqəddəsdir. Bu, bir daha onu göstərdi ki, Azərbaycan öz milli maraqlarını, torpaqlarını, sərhədlərini qorumağa qadirdir. Qazandığımız uğurların əsasında isə dövlət başçısının yürütdüyü prinsipial siyasi xətt dayanır...

Zümrüd QURBANQIZI,

"Respublika".