Regional inkişaf və sülh layihəsi
Digər xəbərlər

Regional inkişaf və sülh layihəsi

2015-ci il 17 mart tarixində Türkiyənin Qars vilayətində TANAP-ın təməlqoyma mərasimi keçirilib

Azərbaycan öz zəngin təbii sərvətləri baxımından fərqlənən dövlətlər sırasındadır. Ölkəmiz regionda qara qızıl vətəni kimi tanınır, həmçinin bu sahədə inkişafını davamlı etmək məqsədilə bir sıra böyük layihələrə imza atır.

Bu layihələrdən biri Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsidir. Azərbaycanın Türkiyənin birgə səylərinin məhsulu olan bu layihə üzrə saziş 2012-ci ildə İstanbulda imzalanmışdır. 2015-ci ilin 17 mart tarixində Türkiyənin Qars vilayətinin Selim rayonunda TANAP-ın təməlqoyma mərasimi keçirildi. TANAP Şahdəniz-2 qaz yatağından hasil olunan təbii qazın Türkiyə Avropa bazarlarına nəqlinin genişləndirilməsi xarakteri daşımışdır. Layihə, həmçinin regionumuzdan başlayaraq genişlənmiş Cənubi Qafqaz Boru Kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirmişdir. TANAP-ın mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, ilk mərhələ 2018-ci ildə başa çatmış, 2020-ci ildə kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard kubmetr olmuşdur. İllik göstəricilərin bu il 23 milyard, 2026- ildə isə 31 milyard kubmetrə çatdırılacağı proqnozlaşdırılmışdır. İlk dövrdə TANAP kəməri ilə nəql olunmuş 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılmışdır. Şübhəsiz ki, TANAP ölkəmizin Avropanın enerji bazarlarına inteqrasiyası, eləcə təhlükəsiz tranzit dövlət kimi öz mövqeyini möhkəmləndirməsi üçün ən böyük imkanlardan biridir. Layihə çərçivəsində təbii qaz ixracının ildə 8.1 milyard kubmetrdən təqribən 24 milyard kubmetrə kimi artması nəzərdə tutulmuş, Azərbaycan öz enerji resursları sənayesini qlobal standartlar səviyyəsində inkişaf etdirmək imkanı qazanmışdır. Boru kəmərinin inşası yerli bazardan Avropa bazarlarına kimi uzanan ixracatın uğurlu diversifikasiyana xidmət etmişdir. TANAP Cənub Qaz Dəhlizinin reallaşmasında müstəsna rol oynamışdır. Boru xətti həmçinin potensial olaraq Avropa dövlətləri beynəlxalq strukturlarda ölkəmizə qarşı yaranan əsassız tendensiyaların da qarşısını almışdır.