Reklam və elanlar

"Roza-Çörək" Açıq Səhmdar Cəmiyyəti SƏHMDARLARIN NÖVBƏDƏNKƏNAR  ÜMUMİ YIĞINCAĞININ ÇAĞIRILMASI BARƏDƏ

BİLDİRİŞ

Səhmdarların nəzərinə!

22 yanvar 2022-ci il tarixdə "Roza - Çörək" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Yığıncağın keçirilməsi Şirvan şəhəri, M.Rəsulzadə küçəsi 11 ünvanında yerləşən AYTAC şadlıq sarayında, saat 11:00-a təyin edilmişdir.

 Gündəliyə aşağıdakı məsələlər daxil edilmişdir:

1. Səhmdar cəmiyyətin İdarə Heyətinin və Müşahidə Şurasının tərkibinin formalaşdırılması;

2. Səhmdar cəmiyyətin cari vəziyyətinin və gələcək fəaliyyətinin müzakirə edilməsi;

3. Hüquqi şəxsin yenidən təşkili;

4. Səhmlərin özgəninkiləşdirilməsi məsələsinin müzakirə edilməsi.

"Roza-Çörək" Açıq Səhmdar Cəmiyyətinin

əsas səhmdarı                                                                    Roza  Ağayeva