Rumıniya ilə iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub
İQTİSADİYYAT

Rumıniya ilə iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə qarşılıqlı iqtisadi əlaqələrin inkişafı, enerji, nəqliyyat, ticarət və s. sahələrdə tərəfdaşlıq, SOCAR-ın Rumıniyada fəaliyyəti vurğulanıb, Rumıniya şirkətləri Azərbaycandan olan həmkarları ilə fəal əməkdaşlığa dəvət olunub.

Tərəflər iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

AZƏRTAC