Rumıniya KİV-i Qlobal Bakı Forumu barədə məlumatlar yayıblar
Digər xəbərlər

Rumıniya KİV-i Qlobal Bakı Forumu barədə məlumatlar yayıblar

Rumıniyanın qabaqcıl "News24hours" xəbər portalı Prezident İlham Əliyevin Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında səsləndirdiyi fikirləri yayıb.

Ermənistanın sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı təklifə hələ də cavab verməməsi, eləcə də Azərbaycanın sülh müqaviləsinin imzalanması ilə bağlı konstruktiv təklifi barədə dövlətimizin başçısının səsləndirdiyi fikirlər AZƏRTAC-a istinadla xəbər və videoformatda oxucuların diqqətinə çatdırılıb.

Məqalələrdə COVID-19 pandemiyası, Azərbaycanda koronavirusla mübarizə sahəsində görülən işlərdən də bəhs edilib, forumun aparıcı beynəlxalq təsisatlardan birinə çevrildiyi vurğulanıb.

AZƏRTAC