Rumıniyanın
Digər xəbərlər

Rumıniyanın "Romgaz" şirkəti və SOCAR arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Prezident İlham Əliyevin bu il oktyabr ayının əvvəlində Bolqarıstana rəsmi səfəri zamanı Rumıniyanın Baş naziri Nikolae Çuke ilə görüşündə region ölkələri ilə enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib, tərəfdaşlığın genişləndirilməsi istiqamətləri müəyyən olunub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu istiqamətlərə uyğun olaraq, nazir Mikayıl Cabbarovun, energetika naziri Pərviz Şahbazovun və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) rəhbərliyinin daxil olduğu nümayəndə heyətinin oktyabrın 19-da Rumıniyaya səfəri çərçivəsində Rumıniyanın "Romgaz" şirkəti və SOCAR arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və "Romgaz"ın baş direktorunun müavini Aristotel Cude imzalayıblar.

Bununla əlaqədar keçirilən tədbirdə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm rolu, Rumıniya ilə iqtisadiyyatın bir sıra sahələrində əlaqələrin inkişaf etdiyi vurğulanıb, SOCAR-ın bu ölkədəki fəaliyyəti qeyd edilib, energetika, o cümlədən bərpaolunan enerji əməkdaşlığının gücləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

AZƏRTAC