Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Rusiya Dövlət Humanitar Universitetinin rektoru, akademik Yefim Pivovardan
Məktublar

Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Rusiya Dövlət Humanitar Universitetinin rektoru, akademik Yefim Pivovardan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Rusiya-Azərbaycan Dostluq Cəmiyyəti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Siz haqlı olaraq dünyada bütün qüvvənizi Azərbaycan xalqının rifahı naminə fəaliyyətə sərf edən müdrik siyasi xadim və təcrübəli dövlət xadimi kimi şöhrət və nüfuz qazanmısınız.

Biz Azərbaycan-Rusiya münasibətlərinin inkişafına, Azərbaycanda və Rusiyada yaşayan həmvətənlərin dəstəklənməsinə Sizin töhfənizi çox yüksək qiymətləndiririk.

Bu əlamətdar gün münasibətilə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm.

Hörmətlə, 

Yefim Pivovar

Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri,

Rusiya Dövlət Humanitar Universitetinin rektoru, akademik