Rusiya Federasiyası Çeçenistan Respublikası rəhbərinin müşaviri, Çeçenistan Respublikasının müftisi Şeyx Salah-Hacı Mejiyevdən
Məktublar

Rusiya Federasiyası Çeçenistan Respublikası rəhbərinin müşaviri, Çeçenistan Respublikasının müftisi Şeyx Salah-Hacı Mejiyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, hörmətli İlham Heydər oğlu,

Altmış illik yubileyiniz münasibətilə ən səmimi, xoş arzularımı qəbul edin. Siz, atanız, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin (Allah onun yerini behişt eləsin) yolunun davamçısı kimi ölkənizi inamla firavanlığa, onun dövlətçilik dayaqlarını daha da möhkəmlətməyə doğru aparırsınız.

Sizin dinə və Vətənə sevginizdən bütün Azərbaycan bəhrələnir. Son illərdə Azərbaycan çox dəyişib. Ölkəniz fasiləsiz hərtərəfli inkişaf yolu ilə fəal irəliləyir. Bütün bunlar Sizin kimi məsul liderin, siyasi xadimin sayəsində baş verir.

Siz atanızın vəsiyyətlərinə əməl etməklə haqlı olaraq qurucu və Azərbaycan torpaqlarını birləşdirən şəxs obrazı yaratmısınız. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi torpaqlarınızı çoxillik işğaldan azad etməyə və ölkənizin təhlükəsizliyini möhkəmlətməyə nail olmusunuz.

Bununla bərabər, dövlətlərimiz arasında geniş spektrli münasibətlərin möhkəmlənməsinə Sizin böyük şəxsi töhfəniz də göz qabağındadır. Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi və sosial sahələrdə də böyük uğurlar qazanıb. Azərbaycan gələcəyə cəsarətlə baxır və şübhəsiz, bu da Sizin xidmətinizdir.

Dövlət başçıları gəldi-gedər olsa da, həqiqi liderlər xoş iz qoyub gedirlər, özü də təkcə tarixdə yox. Siz atanız Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətçiliyin təməlini daha da möhkəmlətmisiniz.

Allah Sizdən razı olsun. Sizə möhkəm cansağlığı, əmin-amanlıq, məsul dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycanın bütün xalqına firavanlıq arzu edirəm.

Hörmətlə,

 Şeyx Salah-Hacı Mejiyev

Rusiya Federasiyası Çeçenistan Respublikası rəhbərinin müşaviri,

Çeçenistan Respublikasının müftisi