Rusiya Federasiyası Çeçenistan Respublikasının müftisi Şeyx Salah-Hacı Mejiyevdən
Məktublar

Rusiya Federasiyası Çeçenistan Respublikasının müftisi Şeyx Salah-Hacı Mejiyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu!

Atanız Heydər Əliyevin 100 illik yubileyi münasibətilə səmimi təbriklərimi qəbul edin.

Bu əlamətdar günlərdə biz görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri, bütün dünyada hörmət və etibar qazanmış Heydər Əliyevi qürur hissi ilə xatırlayırıq. O, bu gün bizimlə olmasa da, onun irsi Qafqaz xalqlarının, bu böyük insanı tanıyan və ona hörmət edənlərin qəlbində və düşüncələrində yaşayır.

Heydər Əliyev dərin etiqad və prinsiplərə malik insan idi. Azərbaycanın müstəqilliyinin əbədi olması üçün onun göstərdiyi böyük səylər bu dahi şəxsiyyətin siyasətinin əsas prinsipi idi. Bu prinsip Azərbaycan xalqını ruhlandırmaqda davam edir. Siyasət və dövlət xadimi kimi, Heydər Əliyev təkcə qətiyyətli və xarizmatik lider deyil, həm də öz xalqının rifahına qayğı göstərən dərin mərhəmətli insan idi. Onun rəhbərliyi və insanlarla ümumi dil tapmaq bacarığı Azərbaycana bir çox çətinlikləri aşmağa və irəli getməyə imkan verdi.

Qeyd etmək istərdim ki, Rusiya Federasiyasının Çeçenistan Respublikası və Azərbaycan Respublikası arasında münasibətlər məhz Heydər Əliyev və Çeçenistan Respublikasının birinci Prezidenti, Rusiya Qəhrəmanı Əhməd-Hacı Kadırovun əsasını qoyduqları çoxdankı ənənələrə söykənir. Bu iki görkəmli şəxsiyyət xalqlarımızın mənəvi və mədəni əlaqələrinin möhkəmlənməsi üçün çoxlu iş görüblər.

Bu gün xalqlarımız arasında qardaşlıq münasibətləri yalnız möhkəmlənir və inkişaf edir. Bu, o cümlədən hazırkı liderlər - Çeçenistan Respublikasının rəhbəri, Rusiya Qəhrəmanı Ramzan Kadırov və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sıx əlaqələri sayəsində baş verir.

Cənab Prezident biz inanırıq ki, Azərbaycan Sizin rəhbərliyinizlə daha böyük uğurlar əldə edəcəkdir.

Heydər Əliyevin xatirəsi qəlblərdə əbədi yaşayacaqdır. Qoy, onun nümunəsi azərbaycanlıların gələcək nəsillərini və sülhə, inkişafa, xalqlar arasında əməkdaşlığa can atan hər kəsi ruhlandırsın!

Xeyirxah dualar və ən yaxşı arzularla,

Şeyx Salah-Hacı Mejiyev

Rusiya Federasiyası Çeçenistan Respublikasının müftisi