Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Askenderovdan
Məktublar

Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Askenderovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

İcazə verin, Sizi şanlı yubileyiniz - anadan olmağınızın 60 illiyi münasibətilə ürəkdən təbrik edim.

Qeyri-adi insani keyfiyyətləriniz, möhkəm mövqeyiniz, ölçülüb-biçilmiş qərarlar qəbul edilməsində və onların həyata keçirilməsində uzaqgörənliyiniz Sizə haqlı olaraq həm Vətəndə, həm də onun hüdudlarından kənarda nüfuz və hörmət qazandırıb.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası iqtisadi, sosial və mədəni sahələrdə sanballı uğurlar qazanıb.

Siz atanız, görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin işini layiqincə davam etdirirsiniz.

Sizin bütün həyatınız öz xalqına və ölkəsinə sədaqətlə xidmətin nümunəsidir.

Əminəm ki, Rusiya Federasiyasının Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında tarixən yaranmış dostluq münasibətləri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

Sizə möhkəm cansağlığı, firavanlıq və Azərbaycan xalqının rifahı naminə bundan sonra da uğurlar arzu edirəm.

Hörmətlə,

 Zaur Askenderov

Rusiya Federasiyası Dağıstan Respublikası

Xalq Məclisinin sədri