Rusiya Federasiyası İnquşetiya Respublikasının birinci Prezidenti, Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşevdən
Məktublar

Rusiya Federasiyası İnquşetiya Respublikasının birinci Prezidenti, Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsində çoxşaxəli fəaliyyətiniz Sizin müasir dövrün nüfuzlu dövlət və siyasi xadimi kimi böyük istedadınızı parlaq şəkildə üzə çıxarıb. Siz ölkənizin Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş iqtisadi, sosial və siyasi inkişaf strategiyasını ardıcıl surətdə həyata keçirirsiniz.

Yüksək peşəkarlıq, zəngin həyat təcrübəsi, ən mürəkkəb vəziyyətlərdə siyasi kompromis tapmaq bacarığı, vətəndaşların mənafeyi naminə sosial siyasətin ardıcıl surətdə həyata keçirilməsi Sizə dərin hörmət, etimad və nüfuz qazandırıb.

Hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, çoxmillətli Azərbaycanın rifahı naminə qarşıda duran vəzifələrin həyata keçirilməsində yeni uğurlar, firavanlıq, əmin-amanlıq, xoş günlər, səadət və tərəqqi arzu edirəm.

Dərin hörmətlə, 

Ruslan Auşev

Rusiya Federasiyası İnquşetiya Respublikasının birinci Prezidenti, Sovet İttifaqı Qəhrəmanı