Rusiya Federasiyası Yazıçılar İttifaqının üzvü, həkim-yazıçı Sabit Əliyevdən
Məktublar

Rusiya Federasiyası Yazıçılar İttifaqının üzvü, həkim-yazıçı Sabit Əliyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Sizi 60 illik yubileyiniz münasibətilə böyük qürur hissi ilə səmimi-qəlbdən təbrik edirəm. Sizin apardığınız uzaqgörən və müdrik siyasət nəticəsində bu gün müstəqil Azərbaycan bütün sahələrdə böyük nailiyyətlər əldə etmişdir. Siz Azərbaycan xalqının birliyinin möhkəmləndirilməsi üçün böyük işlər görmüsünüz.

Mən bir yazıçı kimi Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliği istiqamətində səylərimi əsirgəmirəm. Əsərlərimin qəhrəmanlarının xarakterində azərbaycançılıq özünü daim büruzə verir.

Sizin Ali Baş Komandanlığınızla 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsindən ruhlanaraq “Mənim evim Şuşa” adlı kitab yazmışam. Biz uzun müddət rahat nəfəs ala bilmirdik. Lakin artıq bu gün bizim evimiz Şuşa azaddır və hər birimiz rahat nəfəs alırıq.

Əziz Ali Baş Komandan, biz, xaricdə yaşayan azərbaycanlılar hər zaman Sizə, Azərbaycan dövlətinə arxalanaraq öz fəaliyyətimizi fəxrlə davam etdiririk.

Sizi doğum gününüz, eyni zamanda, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bir daha təbrik edir, bütün işlərinizdə uğurlar arzulayıram. Rusiyada yaşayan həkim və yazıçı kimi Sizinlə fəxr edirəm.

Hörmətlə, 

Sabit Əliyev

Rusiya Federasiyası Yazıçılar İttifaqının üzvü, həkim-yazıçı