Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutskidən
Məktublar

Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutskidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu!

Əlamətdar tarix – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin!

Azərbaycan dövlət quruculuğu sahəsində, geniş iqtisadi və sosial islahatların aparılmasında nəzərəçarpan uğurlar nümayiş etdirir. Azərbaycan zəngin ehtiyatlara və intellektual potensiala malik olan, dinamik inkişaf edən, milli ənənələrinin orijinallığını qoruyub saxlayan, bütün dünyada tanınan istedadlı mədəniyyət və incəsənət xadimlərinin bütöv bir nəslini yetişdirən ölkədir.

Siz dahi atanızın – ölkənizin Ümummilli Lideri Heydər Əliyevin kursunu layiqincə davam etdirirsiniz. Əminəm ki, ölkələrimiz arasında siyasi, ticari-iqtisadi və humanitar sahələrdə əlaqələrin gələcək inkişafı Rusiya və Azərbaycan xalqlarının maraqlarına cavab verərək, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə kömək edəcəkdir.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, firavanlıq və Azərbaycanın daha da inkişafı naminə yeni-yeni nailiyyətlər arzulayıram.

Səmimi hörmətlə və ən xoş diləklərlə,

Leonid Slutski

Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya

Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri,

Rusiya Sülh Fondunun İdarə Heyətinin sədri