Rusiya ilə sərhəddə yerləşən
Digər xəbərlər

Rusiya ilə sərhəddə yerləşən "Xanoba" dövlət sərhədindən buraxılış məntəqəsi istifadəyə verilib

Martın 17- Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" dövlət sərhədindən buraxılış məntəqəsi istifadəyə verilib. "Xanoba" dövlət sərhədindən buraxılış məntəqəsində tikinti işləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən həyata keçirilib.

Açılış mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov, Dağıstan Respublikası Hökumətinin sədri Abdulmüslüm Abdulmüslümov digər rəsmi şəxslər iştirak ediblər.

Əvvəlcə Xaçmaz şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə əklil qoyulub.

İki ölkənin dövlət sərhədində yerləşən "Samur" "Yaraq-Qazmalar" gömrük-keçid məntəqələrində olan nümayəndə heyətinin üzvləri sərhədkeçmə prosesləri, buraxılış qabiliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.

Sonra "Xanoba" dövlət sərhədindən buraxılış məntəqəsində yenidən inşa edilən infrastrukturun açılışı olub. Nümayəndə heyətlərinin üzvlərinə məlumat verilib ki, layihənin ümumi sahəsi 6,85 hektar, yaşıllıq əraziləri 3331 kvadratmetr, tikililərin sahəsi 20 min 104 kvadratmetr, buraxılış məntəqəsinin sahəsi isə 22 min kvadratmetrdir.

Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev iki ölkə arasında bütün sahələrdə səmərəli işgüzar əməkdaşlığın qurulduğunu, Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiya Federasiyası ilə iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyini, nəticədə ötən il ticarət dövriyyəsinin 3.7 milyard dollara çatdığını bildirib. Şimal-Cənub nəqliyyat dəhlizi üzrə ölkələrimiz arasındakı səmərəli əməkdaşlıqdan, Azərbaycan tərəfinin yol infrastrukturunun yenidən qurulması, logistika imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən danışan Ş.Mustafayev yenidən inşa olunan "Xanoba" dövlət sərhədindən buraxılış məntəqəsinin sərhədkeçmə proseslərinin sürətləndirilməsi, yükdaşımaların artırılması, nəqliyyat sərnişin axınının səmərəli şəkildə tənzimlənməsində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov beynəlxalq standartlara uyğun inşa edilən, Şimal-Cənub beynəlxalq dəhlizi üzərində yerləşən "Xanoba" dövlət sərhədindən buraxılış məntəqəsinin hər iki ölkənin idxal-ixrac imkanlarını daha da genişləndirəcəyini diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycan region üçün strateji əhəmiyyətə malik olan "Xanoba" dövlət sərhədindən buraxılış məntəqəsinin əhəmiyyəti daha da artacaq.

Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk çıxışında bildirib ki, 2022-ci ildə ölkələrimiz arasında əmtəə dövriyyəsi təxminən 4 milyard dollaradək artıb. Bu o deməkdir ki, əlaqələrimizin möhkəmləndirilməsi inkişafı ölkələrimiz üçün qarşılıqlı maraq doğurur.

"Xanoba" dövlət sərhədindən buraxılış məntəqəsində gün ərzində hər istiqamət üzrə 550-dən artıq yük 1000-dən artıq minik nəqliyyat vasitəsinin, 30-dan artıq avtobusun 5000 nəfərədək fiziki şəxsin gömrük sərhədindən keçidi nəzərdə tutulub.

Dövlət sərhədindən buraxılış məntəqəsində nəqliyyat vasitələrinin hərəkəti üçün 13 keçid xətti müəyyən olunub ki, bu da yük, avtobus, minik nəqliyyat vasitələri üzrə sərhəd gömrük nəzarətinin sürətli qaydada aparılmasına əlverişli şərait yaradır. Nəqliyyat vasitələrinin sərhəd gömrük qeydiyyatı, eləcə ilkin baxış buraxılış məntəqəsində aparılacaq, digər zəruri rəsmiləşdirmə əməliyyatları terminalda həyata keçiriləcək.   

Ü.QARAYEV,

Respublika”.