Rusiyanın nüfuzlu “Nasionalnaya oborona
Diaspora

Rusiyanın nüfuzlu “Nasionalnaya oborona" jurnalında İkinci Qarabağ müharibəsindəki Qələbədə Prezident İlham Əliyevin rolu haqqında məqalə dərc edilib

Dekabrın 23-də Rusiyanın nüfuzlu "Nasionalnaya oborona" jurnalının saytında "İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsi qanunauyğun və tarixi zərurət idi" sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Qələbəsini əvvəlcədən müəyyən edən siyasi, diplomatik, iqtisadi, hərbi amillər barədə ətraflı söhbət açılır, bu Qələbənin qazanılmasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müstəsna rolundan bəhs olunur. Eyni zamanda, dövlətimizin başçısının ölkə iqtisadiyyatının sürətli inkişafına və möhkəmlənməsinə, genişmiqyaslı layihələrin reallaşdırılmasına, güclü ordu quruculuğuna, əhalinin rifahının yüksəldilməsinə yönəlmiş fəaliyyəti hərtərəfli təhlil edilir.

Məqalədə ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin təşəkkülündə, ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsində, onun iqtisadi və hərbi potensialının möhkəmləndirilməsində çoxşaxəli fəaliyyətindən danışılır. Qeyd edilir ki, Ümummilli Liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin döyüş qabiliyyətli ordusu olan güclü və qüdrətli dövlət kimi formalaşmasını təmin edib, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi üçün zəmin yaradıb.

AZƏRTAC