Rusiyanın Sverdlovsk vilayətindəki
Məktublar

Rusiyanın Sverdlovsk vilayətindəki "Azərbaycan-Ural" İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinskidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Rusiya Federasiyasının Ural Federal Dairəsinin çoxsaylı Azərbaycan icması adından və şəxsən öz adımdan Sizə ehtiramımızı bildirir, Sizi hər bir azərbaycanlı üçün əlamətdar olan 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirik.

Sizin insani keyfiyyətləriniz, siyasi iradəniz, təşəbbüskarlığınız, enerjiniz, peşəkarlığınız həm xalq, həm də dövlət rəhbərləri tərəfindən yüksək qiymətləndirilir.

Sizin Azərbaycan Respublikasının firavanlığı, onun iqtisadiyyatının və mədəniyyətinin inkişafı istiqamətindəki səyləriniz lazımınca dəstəklənir.

Arzu edirəm ki, sevimli Azərbaycanımızın bundan sonra da sosial-iqtisadi inkişafına, həmvətənlərimizin həyat səviyyəsinin yaxşılaşmasına yönəlmiş fəaliyyətinizdə həmişə uğur qazanasınız.

Qoy Sizin bilikləriniz, təcrübəniz, müdrikliyiniz dünyada birliyin və həmrəyliyin möhkəmlənməsinə, tarixən bizə dost, tərəfdaş olan Rusiya Federasiyası ilə qarşılıqlı münasibətlərin daha da genişlənməsinə şərait yaratsın! Biz azərbaycanlılar Sizin ətrafınızda birləşərək daxili və xarici siyasətinizi dəstəkləyir, bütün Azərbaycan xalqının mənəvi birliyi və gücünə görə qürur və sevinc duyuruq.

Milyonlarla həmvətənimizin arzusunu həyata keçirməyinizi - öz əzmkar qərarlarınızla və fəaliyyətinizlə Azərbaycanın əzəli, 30 ilə yaxın işğal altında qalmış torpaqlarını azad etməyinizi bizə böyük hədiyyə hesab edirik. İndi biz cəsarətlə bəyan edə bilərik ki, Azərbaycan xalqı qalib xalqdır.

Biz bilirik ki, Siz həmişə öz xalqınıza inanırsınız və Sizin digər şəxsi keyfiyyətlərinizlə bərabər məhz bu inam bütün qələbələrin mənbəyi və rəhni olub, yenə də belədir.

Bütün Azərbaycan xalqı indi rahat yatır, çünki ölkəmiz bu cür qayğıkeş və etibarlı əllərdədir.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, şəxsi həyatınızda xoşbəxtlik, firavanlıq, Azərbaycan Respublikasının rifahı naminə bütün təşəbbüslərinizdə uğurlar diləyirik.

Siz bütün Azərbaycan xalqını xoşbəxt etdiniz. Sizinlə fəxr edirik, Sizə inanırıq, güvənirik, Sizi sevirik.

Yaşasın müstəqil Azərbaycan, yaşasın Ali Baş Komandan!

Yubileyiniz mübarək, cənab Prezident!

Hörmətlə və dərin minnətdarlıq hissi ilə, 

Şahin Şıxlinski

Rusiyanın Sverdlovsk vilayətindəki "Azərbaycan-Ural"

İctimai Milli-Mədəni Təşkilatının sədri