Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmandan
Məktublar

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmandan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Xahiş edirəm, doğum gününüz münasibətilə Rusiyanın TASS İnformasiya Agentliyi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

Siz görkəmli siyasi xadim və Ali Baş Komandan olaraq Azərbaycanın mənafelərini ardıcıl surətdə və inamla müdafiə edir, vətəndaşlarınızın təhlükəsizliyini qoruyur, onların rifahını yüksəldirsiniz.

Uzun illər boyu ölkəni müdrikliklə və səmərəli idarə etməyiniz Azərbaycanın davamlı iqtisadiyyatını, qabaqcıl texnologiyalarını, güclü ordusunu, humanitar sahədə ciddi və parlaq nailiyyətlərini uğurla təmin edib.

Ölkə vətəndaşları sosial baxımdan yüksək səviyyədə qorunur və onlar gələcəyə inamla baxırlar.

İcazə verin, həyatınızın bu əlamətdar günündə Sizə uğurlar və nailiyyətlər, sevinc və xoşbəxtlik, ən başlıcası, möhkəm cansağlığı arzulayım.

Qoy Sizin bütün şəxsi və peşəkar planlarınız həyata keçsin.

Sizə və Azərbaycan Respublikasının xalqına xoş günlər və firavanlıq diləyirəm.

Hörmətlə, 

Mixail Qusman

Rusiyanın TASS İnformasiya Agentliyinin

baş direktorunun birinci müavini