Rusiyanın Tatarıstan Respublikasının Leninoqorsk şəhərinin və Leninoqorsk rayonunun Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri Ramiz Məmmədovdan
Məktublar

Rusiyanın Tatarıstan Respublikasının Leninoqorsk şəhərinin və Leninoqorsk rayonunun Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri Ramiz Məmmədovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Sizi 60 illik yubileyiniz münasibətilə böyük qürur hissi ilə səmimi-qəlbdən təbrik edirəm. Azərbaycanın inkişafı yolunda əzmkar fəaliyyətiniz bizim üçün nümunədir. Bu gün Azərbaycan dövlətinin beynəlxalq aləmdə sabitlik və əmin-amanlıq məkanı olaraq nümunə göstərilməsi məhz Sizin sayənizdə mümkün olmuşdur. Fəxr edirik ki, artıq Sizin təşəbbüsləriniz beynəlxalq birlik tərəfindən qəbul edilir. Dünya dövlətləri Sizin qlobal təşəbbüslərinizi özlərinə örnək bilirlər.

Hörmətli Prezident, Sizin siyasi iradənizin nəticəsi olaraq Azərbaycan dövləti koronavirusla və Vətən müharibəsində düşmənlə mübarizədə uğurlu qələbə qazandı. Sizin adınız qüdrətli Lider kimi Zəfər tariximizin salnaməsinə qızıl hərflərlə yazılıb. Bu gün dünya azərbaycanlıları Zəfər çalan sərkərdə olaraq Sizinlə fəxr edirlər. Hər zaman Sizin dəmir yumruğunuzun ətrafında birləşməkdən qürur duyuruq.

Doğma Vətənimizin rifahı naminə yeni və daha böyük işlər görmək üçün Sizə tükənməz enerji və cansağlığı arzulayırıq.

Yaşasın Azərbaycan xalqı!

Yaşasın Müzəffər Ali Baş Komandan!

Hörmətlə, 

Ramiz Məmmədov

Rusiya Federasiyası Tatarıstan Respublikasının Leninoqorsk şəhərinin və Leninoqorsk rayonunun Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri