Rüstəm Qasimi:  Azad olunmuş ərazilərdə həyata keçirilən layihələrdə İran şirkətlərinin də iştirakını istəyirik
MÜSAHİBƏLƏR

Rüstəm Qasimi:  Azad olunmuş ərazilərdə həyata keçirilən layihələrdə İran şirkətlərinin də iştirakını istəyirik

Biz işğaldan azad olunmuş Azərbaycan ərazilərində həyata keçirilən layihələrdə İran şirkətlərinin də iştirakını istəyirik.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu yanvarın 24-də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən İranın yol və şəhərsalma naziri, İran-Azərbaycan Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasimi jurnalistlərə açıqlamasında bildirib.

İranlı nazir ölkəsinin Azərbaycan Respublikası ilə bütün sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu deyib: "Biz dostlarımızın dəvəti ilə Azərbaycan Respublikasına gəlmişik. İşğaldan azad olunmuş ərazilərdə görülən işlərlə, çəkilən dəmir və avtomobil yolları ilə tanış olduq. Azərbaycan ərazilərin yenidən qurulmasında böyük işlər görür. İran İslam Respublikası qonşu ölkələrlə, xüsusən Azərbaycan Respublikası ilə bütün sahələrdə əlaqələrin inkişafında maraqlıdır".

AZƏRTAC