SAATLI RAYONUNDA YOL İNFRASTRUKTURU YAXŞILAŞDIRIlır
Region

SAATLI RAYONUNDA YOL İNFRASTRUKTURU YAXŞILAŞDIRIlır

Yeni asfaltlanmış yollar gediş-gəliş vaxtını və xərcini azaldıb

Saatlı rayonunun Varxan və Əlisoltanlı kəndlərinin sakinləri həmin kəndləri Saatlı rayon mərkəzi ilə birləşdirən yeni asflatlanmış yol layihələrinin başa çatmasından razılıqlarını bildirirlər. Yollar ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycanın İqtisadiyyat Nazirliyi arasında kəndlərdə infrastrukturun yaxşılaşdırılmasına yönəlmiş əməkdaşlıq çərçivəsində bərpa olunub. Yenicə asfaltlanmış yollar Saatlı rayon mərkəzinə gediş-gəliş vaxtını və xərcini xeyli azaldıb.

Yol layihələri ABŞ və Azərbaycan hökumətləri və yerli icmalar arasında birgə səy olan, 146 icmada 123 müxtəlif layihə başa çatdıran USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində həyata keçirilib. 210 000 nəfərin bəhrələnə bildiyi həmin layihələr texniki su ilə təminat, yem emalı məntəqələri, gənclər üçün idman meydançaları, süd emalı məntəqələri və kənddə tibb məntəqələri və s. məsələləri də əhatə edir. 

“SEDA” iki ölkә arasında güclü tәrәfdaşlığın vә bizim xalqlar arasında möhkәm dostluğun tәzahürüdür. Ümid edirik ki, yoldan istifadә edәrkәn bu möhkәm dostluğu hiss edәcәksiniz"-- deyә missiya direktoru Sinqx qeyd edib.

USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti adlı proqramı Şərq-Qərb İdarəetmə İnstitutu (East-West Management Institute) tərəfindən icra olunaraq rayonlarda sosial-iqtisadi inkişafı artırmaq və həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşlar, vətəndaş cəmiyyəti təşkilatları və hökumət arasında əməkdaşlığı təşviq edir.

                                          Tofiq HÜSEYN,

”Respublika”.