Elm və təhsil

"Sabahın alimləri"

Təhsil Nazirliyinin məlumatına görə, onlayn təşkil olunan  14-21 fevral tarixlərində "Sabahın alimləri" XI respublika müsabiqəsi keçirilir.

Müsabiqədə 192 (37 fərdi və 86 kollektiv) layihə (326 şagird) iştirak edir.

Münsiflər heyətinin qiymətləndirməsi nəticəsində qalib olan layihələr arasından seçilmişlər sonda ABŞ-da ənənəvi olaraq keçirilən ISEF müsabiqəsində ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, 2012-ci ildən başlayaraq Azərbaycanda "Sabahın alimləri" respublika müsabiqəsi keçirilir. Müsabiqə 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə aparılır.

Müsahibənin məqsədi ölkəmizdə fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək elmi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilərək ABŞ-da keçirilən ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisinə  göndərilməsidir.

"Respublika".