SABİRABAD: Qayğı mənəvi borcumuzdur
Region

SABİRABAD: Qayğı mənəvi borcumuzdur

Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən İkinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərin ailələri təqaüddə olan mədəniyyət işçilərinin ziyarət edilməsi ənənəsi davam etdirilməkdədir.

Belə ki, Novruz bayramı münasibətilə Sabirabad Regional Mədəniyyət İdarəsinin Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sabirabad rayon komitəsininin birgə təşkilatçılığı ilə İdarə rəisi Fərid Qurbanzadə komitə sədri Telman Əzimov tərəfindən Sabirabad rayonunun Qəzli kəndindən şəhid Elxan Rzayevin ailəsi ziyarət edildi.

Təqaüddə olan mədəniyyət işçilərinin ziyarət edilməsi ənənəsinin davam etdirilməsi çərçivəsində ali ixtisas təhsilli mədəniyyət işçisi kimi uzun müddət Qəzli Kənd Mədəniyyət Evinin direktoru vəzifəsində çalışmış Mustafa Mustafayevlə görüş keçirildi.

Hər iki ailəyə mədəniyyət işçiləri adından bayram təbrikləri çatdırıldı.

                    Tofiq HÜSEYN,

          "Respublika".