Sağalmayan yara
Digər xəbərlər

Sağalmayan yara

Son iki əsrdə xalqımıza qarşı ermənilər tərəfindən müxtəlif vaxtlarda məqsədyönlü şəkildə həyata keçirilən soyqırımı siyasəti Azərbaycan tarixinin faciələrlə müşayiət olunan ağrılı mərhələlərini təşkil etmişdir. Bu millətçi-faşist siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından çıxarmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları "böyük Ermənistan" dövlətini yaratmaq olmuşdur. Cinayətkar siyasətin davamlılığını sübut edən fakt ondan ibarətdir ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1907-ci, 1918-1920-ci, 1948-1953- 1988-1993- illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı etnik təmizləmə siyasətinə məruz qalmışlar.  

Hər il martın 31- Azərbaycan xalqı 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilmiş kütləvi amansız qırğının qurbanlarının xatirəsini ehtiramla yad edir. Ümummilli lider Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Fərmanda deyildiyi kimi, Azərbaycan Respublikası ikinci dəfə dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir.

1918-ci ildə Bakıda Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan onilliklər ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqımızın qan yaddaşında əbədi iz buraxmışdır. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmişdir. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri etnik qırğın haqqında tarixi sənədlərdəki faktlar Bakıda, Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər kəndlərin talan edilərək dağıdıldığını sübut edir.

Azərbaycanın ayrı-ayrı bölgələrində olduğu kimi, Bakıda da həmin illərdə soyqırımı həyata keçirilmiş şəhər erməni silahlı dəstələri tərəfindən dağıdılmışdır.

1918-ci ildə ermənilər dinc əhaliyə qarşı görünməmiş amansızlıqlar törətdikləri kimi, mədəniyyət tarixi abidələrimizi vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər. Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər bir çox qədim binaları, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışlar. Həmin dövrü əhatə edən, Bakının dağıdılmasını əks etdirən fotoşəkillər tarixçilərin yazdıqlarını əyani şəkildə təsdiqləyir. Mart soyqırımı zamanı Bakı ilə yanaşı, Şamaxı da dəhşətli talan vəhşiliklərə məruz qalmışdı. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuş, 13 məhəllə məscidi məşhur müqəddəs ocaq - Cümə məscidi yandırılmışdı.

1918-ci ilin yazından başlayaraq, Ermənistanda (Qərbi Azərbaycan) yaşayan azərbaycanlılar da erməni-bolşevik dəstələri tərəfindən soyqırımına məruz qalmışlar. Ermənilər "böyük Ermənistan" yaratmaq xülyası ilə ilk növbədə Qərbi Azərbaycandakı müsəlman əhalini buradan çıxarmağa bu məkrli planın reallaşmasına çalışmışlar. Mart soyqırımı öz amansızlığına miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biri sayılır. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirmişlər, diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Kürdəmirdə, Lənkəranda, Gəncədə digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilmişdir.

Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə ictimaiyyətinə, eləcə dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimizə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 18 yanvar 2018-ci ildə "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncam imzalamışdır.

2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ilin may ayında bolşevik adı altında quldur erməni dəstələri tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutu olmuşdur. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin yaradılmasına qərar vermişdir. Memorial Kompleks 2012-2013- illərdə Quba şəhərində inşa edilmiş 2013- il sentyabrın 18- açılmışdır

2020-ci ilin sentyabrın 27- başlanan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz yağı düşməni torpaqlarımızdan qovub çıxararaq ona layiqli tarixi dərs verdi. Erməni vandalları tərəfindən qətlə yetirilən bütün şəhidlərimizin qisası alındı. Artıq həm hərb, həm siyasi arenada uzaqgörən liderimiz, mübariz xalqımız, rəşadətli ordumuz ermənilərə layiq olduğu cavabı verib. Güclü Azərbaycan dövləti bundan sonra da tarixi torpaqlarına göz dikən, xalqımıza qarşı yönələn bütün təhdidlərə cavabını verəcəkdir.

M.MİRZƏ,

"Respublika".