Sağlam həyat
Maraqlı

Sağlam həyat

Fast foodilə təhlükəli infeksiya

Fast foodildən-ilə qida rasionumuzun böyük bir hissəsini təşkil edərək özü ilə bərabər müxtəlif fəsadlarını da həyatımıza gətirməkdədir. Dildəhazır qidaadlandırılsa da, tam tərcüməsisürətli yeməkdir. Hər gün çoxlarının qəbul etdiyi bu qidalar (sendviç, buterbrod, pizza, çipsi s.) həm tez bir zamanda, həm ucuz başa gəldiyinə görə sevilir istifadə edilir. Bəs, bu süni qidaları yeyərkən sağlamlığımıza qədər ziyan vurduğumuzu düşünürükmü?

Almaniyanın Bonn Universitetinin tədqiqatçılarıfast foodqidalarının orqanizmə vurduğu zərərləri araşdırmaq məqsədilə siçanlar üzərində sınaq aparıblar. Bir ay müddətində heyvanlar qeyri-sağlam qidalarla bəsləniblər. Nəticədə mütəxəssislər siçanların qanında bəzi immun hüceyrələrinin, xüsusən qranulositlər monositlərin gözlənilmədən artdığını müşahidə ediblər.

Monositlər, qranulositlər qan hüceyrələrinin ən böyüyüdür infeksiya zamanı immunitet reaksiyasında iltihaba qarşı iştirak edirlər. Artan monosit sayının infeksiya nisbətləri ilə əlaqəli olması təəccüblü deyil. Siçanların normal bəslənməsindən bir ay sonra elm adamları heyvanların qanında iltihabın yox olduğunu müşahidə ediblər. “Hələlik siçanlar genetik oxşarlığına görə insanlara bənzədiyi üçün əldə etdiyimiz dəlillərimiz yalnız bu istiqamətdədir. Ümid edirik ki, tapıntılarımız gələcəkdə insanların infeksion xəstəliklərlə mübarizədə risk faktorlarının qarşısını almasına kömək edəcək”.

MəlumatScience Newsveb saytında yayımlanıb.

 

Bağırsaq xərçəngindən qorunmaq üçün 5 növ qida

Son illərdə ən geniş yayılan bağırsaq xərçənginin yaranma səbəbləri tam olaraq bilinmir. Elm adamları bu bəlanın meydanagəlmə səbəbini bilməsələr , insanların bu problemlə üzləşməməsi üçün xəstəliyin yaranmasına maneə törədən qidaları araşdırıblar.

Amerikalı mütəxəssislərin araşdırmalarına görə, 5 növ qida bağırsaq xərçənginin qarşısını ala bilər. Bunlara paxlalı bitkilər, qoz-fındıq, taxıl məhsulları, meyvə tərəvəzlər aiddir.

Meyvə tərəvəzlər liflərlə zəngin olduğu üçün bağırsaqların fəaliyyətinə yaxşı təsir edir. Eyni fikri paxlalı bitkilərə, taxıl məhsullarına da aid edirik. Liflər həzm sisteminə müsbət təsir etdiyi üçün müntəzəm olaraq lobya mərcimək yeyərək bağırsaq polipləri (kiçik böyümələr) riskini azalda bilərsiniz. Hər yeməkdə boşqabınızın yarısını rəngarəng meyvə-tərəvəzlərlə bəzəməyə çalışmalısınız bura dondurulmuş bitkilər daxil edilə bilər. Bütün taxıllı qidalarda yüksək miqdarda lif var qoz-fındıq, toxumlarmükəmməl qidalarolaraq tərkibindəki sağlam yağlar, fotokimyəvi maddələr antioksidantları ilə xərçənglə mübarizə xüsusiyyətinə malikdir”, - deyə doktor Moriyo-Rozenfeld izah edib

MəlumatMedical Pressportalında dərc olunub.

 

Meyvə tərəvəzin daha çox qəbulu stress səviyyəsini azalda bilər

Gündəlik həyatımızda istər-istəməz fərqli əhval-ruhiyyələr yaşamalı oluruq zamanla ayaqlaşa bilmək üçün günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Bütün bu problemlərin təməlində dəhşətli bir xəstəlik dayanır: stress. Tibb lüğətində stress adlı bir xəstəliyə rast gəlinməsə , əksər xəstəliklərin əmələ gəlməsi məhz bu amillə bağlıdır

Avstraliyalı tədqiqatçılar orta yaşlı yetkinlərdə stress səviyyəsini meyvə-tərəvəzin gündəlik qəbulu ilə əlaqələndirirlər.

Edith Cowan Universitetinin alimləri 25-95 yaş arası kişi qadınlarda meyvə-tərəvəz qəbulu ilə stressin əlaqəsini araşdırıblar.

Avstraliya Diabet, Obezite Həyat Tərzi (AUSDiab) tədqiqatının 8. 600 iştirakçısı sınaqlara cəlb olunub. Gündəlik ən az 470 qram meyvə tərəvəz qəbul edənlərdə 230 qram istehlak edənlərlə müqayisədə stress səviyyəsinin 20 faiz az olması aşkarlanıb.

Uzunmüddətli, idarəedilməz stress ürək xəstəlikləri, diabet, depressiya kimi bir sıra problemlərə səbəb olur buna görə gələcəkdə zehni sağlamlıqla əlaqəli bir sıra çətinliklərin qarşısını almaq üçün yollar tapmalıyıq. Tədqiqatımızın nəticələri stressi minimuma endirmək üçün gündəlik meyvə tərəvəz ilə zəngin bir qida rasionunun vacib olduğunu vurğulayır. Meyvə tərəvəz daha çox istehlak edənlərin az qəbul edənlərə nisbətən daha az stresli olduğunu gördük”, - deyə aparıcı-tədqiqatçı Simone Radavelli bildirib.

MəlumatScience Dailyveb saytında işıq üzü görüb.

 

Dəniz yosunları əti əvəz edə bilər

Hazırda az kalorili, lakin bədənimiz üçün böyük faydaları olan çox sayda qidalar var. Bu qidalara dəniz yosunları da daxildir. Tərkibinə görə yosunlar insan sağlamlığı üçün zəruri olan bol miqdarda yod, A vitaminləri, B, C, E D qruplarını ehtiva edir.

Dəniz mikro yosunlarına əsaslanan əkinçilik, gələcək üçün bitki mənşəliət sağlamsuper qidalaristehsalının perspektivliyini təmin edir.

Avstraliyanın Flinders Universitetinin Dəniz Bio Məhsullarının İnkişafı Mərkəzinin (CMBD) tədqiqatçıları heyvan zülallarına yaxın daha sağlam alternativ qidalarla istehlakçıların marağına səbəb olublar. Elm adamları okeandan gələn təkhüceyrəli fotosintetik orqanizmlərin dünyada ət, protein qıtlığının həllini təmin edə biləcəyini söyləyirlər.

CMBD komandasının ən başlıca missiyası dəyərli dəniz məhsulları sənayesini inkişaf etdirməyin yollarını tapmaqdır.

Araşdırmamız mikro yosun becərilməsindən tutmuş qiymətli funksional qidaların inkişafına qədər bütün sektoru əhatə edir. Mikro yosunlar müxtəlif qidalanma profillərindəndir köftələr, çipslər daxil olmaqla, proteinlə zəngin bir sıra qidaları əvəz edə bilər. Bundan əlavə, yaxın gələcəkdə becərmə sənayesi inkişaf etdikcə bu orqanizmlərdən cem, pasta, kürü, hətta yaşıl makaronların istehsalını da planlaşdırırıq”, - deyə Flinders Universitetinin direktoru Wei Zhang məlumat verib.

MəqaləScience Dailyveb saytında yayımlanıb.

Hazırladı:

Elenora HƏSƏNOVA,

Respublika”.