“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Fərman

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 dekabr tarixli 3058 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 477; 2012, № 12, maddə 1270; 2017, № 7, maddə 1330; 2018, № 10, maddə 2019; 2020, № 7, maddə 876, № 11, maddə 1362; 2021, № 6 (I kitab), maddə 568, № 8, maddə 918) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.3-cü bənddən “(yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər xüsusi təhsil müəssisələrinin idarə edilməsi istisna olmaqla)” sözləri çıxarılsın;

2. 2.4-1-ci bənd ləğv edilsin. 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 13 may 2022-ci il