Şamaxı: YAP-ın 30 illiyi qeyd olunub
Digər xəbərlər

Şamaxı: YAP-ın 30 illiyi qeyd olunub

Şamaxı Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyini özündə əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Yeni Azərbaycan Partiyasının yaranmasından, keçdiyi siyasi və ideoloji yoldan, partiyanın yaradılmasında və inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərindən geniş danışıb.

Digər çıxış edənlər YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, YAP idarə heyətinin üzvü professor Ədalət Muradov, YAP veteranlar şurasının üzvü Tahir Məmmədov, şəhid atası Rza Nəbiyev və YAP Şamaxı rayon təşkilatının üzvü Könül Məmmədova zamanın tələbi və xalqımızın təkidi ilə yaradılmış Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi şərəfli yoldan, ölkəmizin sosial-iqtisadi və siyasi inkişafındakı xidmətlərindən geniş söhbət açdılar.

Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, təşəkkürnamələr, partiya üzvlüyünə yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri və Vətən müharibəsi iştirakçılarına “Vətən müharibəsi iştirakçısı” medalları təqdim olundu.

M.QULUYEV,
“Respublika”.