Sankt-Peterburq şəhərində konfrans
Diaspora

Sankt-Peterburq şəhərində konfrans

Rusiyanın Sankt-Peterburq şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin məölumatında bildirilir.

Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğu, Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyası (RANEPA), Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Humanitar Əməkdaşlıq Mərkəzinın birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan Milli Məclisinin, yerli dövlət orqanlarının və ictimaiyyətinin nümayəndələri, Azərbaycanın və Rusiyanın diplomatları, elm xadimləri və soydaşlarımız iştirak ediblər.

Sankt-Peterburq qubernatoru Aleksandr Beqlovun adından konfrans iştirakçılarına təbrik məktubu oxunub.

Konfransda çıxış edən məruzəçilər Heydər Əliyevin sovet dönəmində və Azərbaycanın müstəqilliyi dövründə keçdiyi həyat yolu və siyasi fəaliyyətindən bəhs ediblər, Rusiya-Azərbaycan əlaqələrinin inkişafına və  möhkəmlənməsinə verdiyi töhfələri qeyd ediblər.