Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə ötən dövrdə 13 560 mənzil və fərdi ev verilib
Sosial həyat

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə ötən dövrdə 13 560 mənzil və fərdi ev verilib

Şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin ana xəttini təşkil edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən bildirilir ki, bu kateqoriyadan olan vətəndaşların mənzillə təminatı proqramı  2018-2023-cü illərdə 5 dəfə genişlənib. Bu dövrdə 7892, ümumilikdə ötən dövrdə 13 560 mənzil və fərdi ev şəhid ailələri və  müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 2018-2023-cü illərdə 1582, ümumilikdə ötən dövrdə 7500-dən çox avtomobil verilib.

“Respublika”.