Şəhid ailələri ziyarət olunub
Sosial həyat

Şəhid ailələri ziyarət olunub

27 sentyabr Anım Günü ilə əlaqədar şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov, İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə rəhbərləri şəhidlər Məmmədli Cavid Natiq oğlunun, Hüseynov Nicat Ziyafət oğlunun, Fərəcov Kamran İlqar oğlunun və Xəlilov Namiq İlyas oğlunun ailə üzvlərini yaşadıqları ünvanda ziyarət etdilər.

Ziyarət zamanı şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə şəhidlərə dövlət səviyyəsində verilən yüksək dəyərdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışdı. Bu qayğının hər yerdə olduğu kimi, Şirvan şəhərində də mütəmadi davam etdirildiyini vurğuladı. Şəhid ailələrini dinləyib, onları maraqlandıran məsələlərlə bağlı ətraflı məlumat və izahatlar verdi. Prezident Administrasiyasının tapşırıq və tövsiyələrinə uyğun olaraq 27 sentyabr Anım Gününün yerlərdə də geniş qeyd edilməsi istiqamətində görülən işlərdən, maarifləndirmə tədbirlərindən danışdı. Belə görüşlərin mütəmadi davam etdiriləcəyini, şəhidlərin əziz xatirəsinin dövlətimiz və cəmiyyətimiz tərəfindən daim əziz tutulacağını bildirdi. Vətən müharibəsində həlak olan bütün şəhidlərimizə Allahdan  rəhmət, ailələrinə səbir dilədi.
Şəhid ailələri onlara göstərilən təşkilati dəstəyə, maddi və mənəvi köməkliklərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.

 Tofiq HÜSEYN,

 “Respublika”.