Şəhid rəssam Rauf İbadovun fərdi sərgisi keçirilib
Sosial həyat

Şəhid rəssam Rauf İbadovun fərdi sərgisi keçirilib

5 iyun “Azəriqaz” İB mətbuat xidmətinin məlumatında bildirilir ki, Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş rəssam Rauf Məhərrəm oğlu İbadovun fərdi sərgisi keçirilib. Sumqayıt şəhəri, Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə ilk olaraq şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Baş tutan mərasimdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, rayonun fəal gəncləri, ağsaqqalları və ziyalıları iştirak edib. Tədbirin keçirilməsində məqsəd torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsini yaşatmaqdır. Sərgidə Vətən müharibəsi şəhidi rəssam Rauf İbadovun müxtəlif mövzuda çəkdiyi əsərlər nümayiş olunub. Çıxış edənlər şəhid Rauf İbadovun şərəfli ömür yolundan söz açıblar. Şəhidin atası Məhərrəm İbadov övladının Füzuli, Cəbrayıl, Hadrut və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak etdiyini, oktyabr ayının 23-ü Laçın dəhlizi ərazisində qəhrəmancasına şəhidlik zirvəsinə ucaldığını diqqətə çatdırıb.

 “Respublika”.